https://sputnik.az/20221229/qirgizistan-ve-ozbekistan-serhed-meselesini-hell-etdi-450160388.html
Qırğızıstan və Özbəkistan sərhəd məsələsini həll etdi
Qırğızıstan və Özbəkistan sərhəd məsələsini həll etdi
Sputnik Azərbaycan
Qırğızıstan dövlət başçısı açıqlayıb ki, 70 ilə yaxındır Kempir-Abad Qonşu Özbəkistan tərəfindən idarə olunurdu və indi bunu birlikdə edəcəklər. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T14:05+0400
2022-12-29T14:05+0400
2022-12-29T14:05+0400
qırğızıstan
dünya xəbərləri
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/42257/26/422572662_0:0:2875:1617_1920x0_80_0_0_f55954dc123b8335710efb561cce0706.jpg
BAKI, 29 dekabr — Sputnik. Qırğızıstan və Özbəkistan dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə prosedurları başa çatdırıb. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib. "Dünən biz qonşu Özbəkistanla sərhəd məsələsinə son qoyduq" deyən Qırğızıstan prezidenti Daşkəndlə hansı sənədin imzalandığını açıqlamayıb. Prezident sərhəd mübahisələrinin həlli çərçivəsində Kempir-Abad (Əndican) su anbarının Özbəkistan tərəfinə verilməsinə görə payızda keçirilən etiraz aksiyalarına da toxunub: "Bu məsələdə istifadə edərək öz şəxsi maraqlarını reallaşdırmağa çalışan qruplar meydana çıxdı. Lakin onların son məqsədi həyata keçmədi. Çünki insanlar problemin necə həll olunduğunu tam başa düşdülər. 70 ilə yaxındır ki, Kempir-Abad Qonşu Özbəkistan tərəfindən idarə olunurdu, indi biz bunu birlikdə edəcəyik". Japarov qeyd edib ki, Özbəkistanla müqavilə Qırğızıstan kəndlərinə suyun verilməsi zərurəti ilə bağlı qaydanı nəzərdə tutur. "Amma hazırda belə bir ehtiyac yoxdur. Əgər gələcəkdə nə vaxtsa suya ehtiyac yaranarsa, o zaman su ilə bağlı məsələni həll edəcəyik. Əgər biz belə bir norma tətbiq edib həll etməsəydik, gələcəkdə xalqlar arasında münaqişə yarana bilərdi", - deyə o vurğulayıb. Qırğızıstan-Özbəkistan sərhədinin uzunluğu 1300 km-dən çoxdur. Sovet İttifaqının dağılmasından sonra sərhəd xətti boyunca bir neçə onlarla mübahisəli hissə yaranıb. 30 ilə yaxındır ki, Bişkek və Daşkənd sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı razılığa gələ bilmirdi. Tərəflər 2017-ci ilin payızında prosesi intensivləşdirməyə nail olublar, 2022-ci ilin əvvəlində təxminən 50 mübahisəli hissənin olduğu son 230 km-i razılaşdırmaq mümkün olub. Payızda iki dövlətin parlamentləri sərhəd məsələlərinin həllinə dair sazişləri ratifikasiya ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42257/26/422572662_176:0:2531:1766_1920x0_80_0_0_3e3ada80b36531bf8e38be07527c4701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, özbəkistan
Qırğızıstan və Özbəkistan sərhəd məsələsini həll etdi
Qırğızıstan dövlət başçısı açıqlayıb ki, 70 ilə yaxındır Kempir-Abad Qonşu Özbəkistan tərəfindən idarə olunurdu və indi bunu birlikdə edəcəklər.
BAKI, 29 dekabr — Sputnik. Qırğızıstan və Özbəkistan dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə prosedurları başa çatdırıb. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.
"Dünən biz qonşu Özbəkistanla sərhəd məsələsinə son qoyduq" deyən Qırğızıstan prezidenti Daşkəndlə hansı sənədin imzalandığını açıqlamayıb.
Prezident sərhəd mübahisələrinin həlli çərçivəsində Kempir-Abad (Əndican) su anbarının Özbəkistan tərəfinə verilməsinə görə payızda keçirilən etiraz aksiyalarına da toxunub:
"Bu məsələdə istifadə edərək öz şəxsi maraqlarını reallaşdırmağa çalışan qruplar meydana çıxdı. Lakin onların son məqsədi həyata keçmədi. Çünki insanlar problemin necə həll olunduğunu tam başa düşdülər. 70 ilə yaxındır ki, Kempir-Abad Qonşu Özbəkistan tərəfindən idarə olunurdu, indi biz bunu birlikdə edəcəyik".
Japarov qeyd edib ki, Özbəkistanla müqavilə Qırğızıstan kəndlərinə suyun verilməsi zərurəti ilə bağlı qaydanı nəzərdə tutur.
"Amma hazırda belə bir ehtiyac yoxdur. Əgər gələcəkdə nə vaxtsa suya ehtiyac yaranarsa, o zaman su ilə bağlı məsələni həll edəcəyik. Əgər biz belə bir norma tətbiq edib həll etməsəydik, gələcəkdə xalqlar arasında münaqişə yarana bilərdi", - deyə o vurğulayıb.
Qırğızıstan-Özbəkistan sərhədinin uzunluğu 1300 km-dən çoxdur. Sovet İttifaqının dağılmasından sonra sərhəd xətti boyunca bir neçə onlarla mübahisəli hissə yaranıb. 30 ilə yaxındır ki, Bişkek və Daşkənd sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı razılığa gələ bilmirdi. Tərəflər 2017-ci ilin payızında prosesi intensivləşdirməyə nail olublar, 2022-ci ilin əvvəlində təxminən 50 mübahisəli hissənin olduğu son 230 km-i razılaşdırmaq mümkün olub. Payızda iki dövlətin parlamentləri sərhəd məsələlərinin həllinə dair sazişləri ratifikasiya ediblər.