https://sputnik.az/20221229/lavrov-rusiya-azerbaycan-ermenistan-danisiqlarina-her-cur-yardim-gosterir-450161889.html
Lavrov: Rusiya Azərbaycan-Ermənistan danışıqlarına hər cür yardım göstərir
Lavrov: Rusiya Azərbaycan-Ermənistan danışıqlarına hər cür yardım göstərir
Sputnik Azərbaycan
XİN başçısı deyib ki, Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir. 29.12.2022, Sputnik Azərbaycan
2022-12-29T12:14+0400
2022-12-29T12:14+0400
2022-12-29T12:14+0400
sergey lavrov
rusiya
ceyhun bayramov
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438166377_0:115:3078:1846_1920x0_80_0_0_555409146ce086a799b59c0af18c56de.jpg
BAKI, 29 dekabr — Sputnik. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ria Novosti-yə müsahibəsində "Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi", sualına cavabında bildirib. O, həmçinin qeyd edib ki, bu sualı danışıqları aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: "Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər". (APA) Xatırladaq ki, sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə etmək üçün dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin rəsmi İrəvanın görüşdə iştirakdan imtina etməsi səbəbindən danışıqlar ikitərəfli formatda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438166377_347:0:3078:2048_1920x0_80_0_0_650598b4f596c3e815af94525418dcfd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, ceyhun bayramov, ermənistan
sergey lavrov, ceyhun bayramov, ermənistan
Lavrov: Rusiya Azərbaycan-Ermənistan danışıqlarına hər cür yardım göstərir
XİN başçısı deyib ki, Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.
BAKI, 29 dekabr — Sputnik. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya sülh prosesinə azərbaycanlı və erməni dostlarımızın maraq göstərdiyi formada və həcmdə hər cür yardım göstərir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ria Novosti-yə müsahibəsində "Rusiya Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi", sualına cavabında bildirib.
O, həmçinin qeyd edib ki, bu sualı danışıqları aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlamaq daha məntiqlidir: "Məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edirlər". (APA)
Xatırladaq ki, sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə etmək üçün dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin rəsmi İrəvanın görüşdə iştirakdan imtina etməsi səbəbindən danışıqlar ikitərəfli formatda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında aparılıb.