SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib - Rusiya XİN

© Sputnik / Grigoriy Sysoyev / Mediabanka keçidAzərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Nazirlikdən bildirilib ki, rəsmi Moskva il ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib.
BAKI, 29 dekabr — Sputnik. "Azərbaycan ilə Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2022-ci ilin əsas xarici siyasət yekunlarına dair şərhində deyilir.
Nazirlikdən bildirilib ki, rəsmi Moskva il ərzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verib: "Rusiya rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşmasına, nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədin delimitasiyasına, sülh sazişinin razılaşdırılmasına, humanitar problemlərin həllinə töhfə verib".
Xatırladaq ki, bu il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalayıb. Sənəddə qarşılıqlı fəaliyyətin ən geniş spektrinə dair 40-dan çox müddəa var.
Xəbər lenti
0