Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərblə uzunmüddətli qarşıdurma üçün Rusiyanın kifayət qədər gücü var

© Sputnik / РИА НовостиRusiya hərbçiləri, arxiv şəkli
Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
"Global Times"ın məqaləsində qeyd edilib ki, 2023-cü ildə Rusiya münaqişəyə son qoymaq üçün qəti addımlar ata bilər.
BAKI, 28 dekabr — Sputnik. Rusiya Ukrayna və Qərblə bütün sahələrdə uzunmüddətli qarşıdurma üçün güc nümayiş etdirir.
Çinin "Global Times" qəzeti analitiklərə istinadən bu barədə yazıb.
Materialda o da qeyd edilib ki, 2023-cü ildə Rusiya münaqişəyə son qoymaq üçün qəti addımlar ata bilər.
Çinli analitiklər eyni zamanda qeyd ediblər ki, gələn il Ukraynada münaqişənin daha da gərginləşəcəyini gözləmək olar.
Başqa bir ekspert isə belə hesab edir ki, əgər Vaşinqton öz tərəfindən münaqişəni dayandırmağa cəhd etsə, bu, iki dünya dövləti arasında qarşıdurmaya səbəb ola bilər.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirmişdi ki, Rusiya tərəfi nüvə fəlakətinin və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi edəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Qərbin Rusiya Federasiyasını tamamilə cilovlamağa yönəlmiş siyasətinin nüvə dövlətlərinin birbaşa silahlı toqquşması riskini daşıdığı barədə fikir bildirib.
Xəbər lenti
0