Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pandemiyadan zərər çəkmiş sahibkarlara nə qədər vəsait ödənilib?

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
İqtisadiyyat naziri indiyə qədər pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilən vəsaitin həcmini açıqlayıb.
BAKI, 28 dekabr — Sputnik. İndiyədək pandemiyadan zərər çəkmiş sahibkarlara ödənilən vəsaitin həcmi açıqlanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdə yazıb.
Nazir qeyd edib ki, 2020-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 mln. manat vəsait ödənilib.
Pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələrinin əhatə dairəsinə düşən şəxslərə (təxminən 372,3 min vergiödəyicisinə) vergilər və məcburi dövlət sosial sığorta haqlarına görə hesablanmış faiz və pensiyalar 2020-ci ilin aprelin 1-dən sonrakı dövr üçün azaldılıb və 2021-ci il yanvarın 1-dək hesablanması dayandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.
Xəbər lenti
0