https://sputnik.az/20221227/rusiya-artiq-a-ile-birge-layihelere-baslamaq-niyyetinde-deyil---lavrov-450070144.html
Rusiya artıq Aİ ilə birgə layihələrə başlamaq niyyətində deyil - Lavrov
Rusiya artıq Aİ ilə birgə layihələrə başlamaq niyyətində deyil - Lavrov
Sputnik Azərbaycan
Biz Aİ ölkələrinin hakim dairələrinin öz vətəndaşlarının həyati mənafelərinə və rifahına xələl gətirərək necə hərəkət etdiyini görürük. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T15:56+0400
2022-12-27T15:56+0400
2022-12-27T15:59+0400
sergey lavrov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996324_0:0:3071:1728_1920x0_80_0_0_f8d5e18638409283e8c7501813ddd8e9.jpg
BAKI, 27 dekabr — Sputnik. Rusiya faktiki olaraq hibrid müharibəsi elan etmiş Avropa İttifaqı ilə birgə layihələrə başlamaq niyyətində deyil. Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiyanın Avropa İttifaqı ilə münasibətləri hazırda ən aşağı səviyyədədir. "Səbəblər hamıya məlumdur. Brüssel xüsusi hərbi əməliyyat başlayandan sonra ABŞ və NATO-nun ardınca bizə qarşı hibrid müharibə elan etdi. Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bəyan etdi ki, Rusiyanı döyüş meydanında məğlub etmək lazımdır", - deyə Lavrov xatırladıb. "Əlbəttə, belə kontragentlərlə həmişəki kimi iş əlaqəsi qurulmayacaq. Biz bağlı qapı döymək və ya birgə layihələrə başlamaq fikrində deyilik. Allaha şükür ki, bizim dünyanın başqa yerlərində çoxlu dostlarımız və həmfikirlərimiz var", - deyə Rusiya XİN rəhbəri vurğulayıb. "Biz Aİ ölkələrinin hakim dairələrinin öz vətəndaşlarının həyati mənafelərinə və rifahına xələl gətirərək necə hərəkət etdiyini görürük. ABŞ-ın Avropa dövlətlərinin enerji sektorunda ölkəmizlə dialoq aparmasına qadağa qoymasını xatırlatmaq kifayətdir. Bu dialoq avropalılara onilliklər ərzində görünməmiş rifah bəxş etmişdi", - Lavrov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996324_340:0:3071:2048_1920x0_80_0_0_9614f615104fe314722e689ef01c9387.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov
Rusiya artıq Aİ ilə birgə layihələrə başlamaq niyyətində deyil - Lavrov
15:56 27.12.2022 (Yenilənib: 15:59 27.12.2022) Biz Aİ ölkələrinin hakim dairələrinin öz vətəndaşlarının həyati mənafelərinə və rifahına xələl gətirərək necə hərəkət etdiyini görürük.
BAKI, 27 dekabr — Sputnik. Rusiya faktiki olaraq hibrid müharibəsi elan etmiş Avropa İttifaqı ilə birgə layihələrə başlamaq niyyətində deyil. Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiyanın Avropa İttifaqı ilə münasibətləri hazırda ən aşağı səviyyədədir.
"Səbəblər hamıya məlumdur. Brüssel xüsusi hərbi əməliyyat başlayandan sonra ABŞ və NATO-nun ardınca bizə qarşı hibrid müharibə elan etdi. Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bəyan etdi ki, Rusiyanı döyüş meydanında məğlub etmək lazımdır", - deyə Lavrov xatırladıb.
"Əlbəttə, belə kontragentlərlə həmişəki kimi iş əlaqəsi qurulmayacaq. Biz bağlı qapı döymək və ya birgə layihələrə başlamaq fikrində deyilik. Allaha şükür ki, bizim dünyanın başqa yerlərində çoxlu dostlarımız və həmfikirlərimiz var", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
"Biz Aİ ölkələrinin hakim dairələrinin öz vətəndaşlarının həyati mənafelərinə və rifahına xələl gətirərək necə hərəkət etdiyini görürük. ABŞ-ın Avropa dövlətlərinin enerji sektorunda ölkəmizlə dialoq aparmasına qadağa qoymasını xatırlatmaq kifayətdir. Bu dialoq avropalılara onilliklər ərzində görünməmiş rifah bəxş etmişdi", - Lavrov bildirib.