https://sputnik.az/20221227/azerbaycan-ilk-novbede-serhedyani-olkelerle-elaqelerin-inkisafina-onem-verir---nazir-450082814.html
Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir - Nazir
Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir - Nazir
Sputnik Azərbaycan
İl ərzində İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T15:37+0400
2022-12-27T15:37+0400
2022-12-27T15:58+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:3073:1728_1920x0_80_0_0_7cb05ed333c4387dc4241df09a06f16e.jpg
BAKI, 27 dekabr — Sputnik. Bu il Azərbaycan Respublikası prezidentinin rəhbərliyi altında ölkəmiz müstəqil, praqmatik siyasətini uğurla davam etdirib. Bu sözləri 2022-ci ilin yekunlarına dair keçirilən illik mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, "bu il həmçinin bir çox ölkələrlə İkitərəfli münasibətlərin qurulmasında yubiley ili idi. Bütün bu ölkələrlə diplomatik əlaqələrin qurulması ilə bağlı qarşılıqlı şəkildə tədbirlər həyata keçirilib". "Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu il Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya edildi. Bu il ərzində Prezident İlham Əliyevin Türkiyəyə üç səfəri baş tutub. İl ərzində Azərbaycan-Rusiya əməkdaşlığı uğurla davam edib. Müttəfiqlik haqqında qarşılıqlı fəaliyyət Bəyannaməsi imzalanıb.Həmçinin Prezident İlham Əliyevin Rusiyaya bir rəsmi, bir neçə işgüzar səfəri baş tutub. Ötən ay Rusiya nümayəndə heyəti Azərbaycana səfər edib. Gürcüstanla münasibətlərimiz sabit şəkildə inkişaf edib. Qarşılıqlı olaraq səfərlər həyata keçirilib. İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib. 2022-ci il ölkəmizin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə dinamika müşahidə olunub", - nazir deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969528_0:0:2731:2048_1920x0_80_0_0_dc395309aa91646c5b3c11791e685fde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov
Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir - Nazir
15:37 27.12.2022 (Yenilənib: 15:58 27.12.2022) İl ərzində İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib.
BAKI, 27 dekabr — Sputnik. Bu il Azərbaycan Respublikası prezidentinin rəhbərliyi altında ölkəmiz müstəqil, praqmatik siyasətini uğurla davam etdirib. Bu sözləri 2022-ci ilin yekunlarına dair keçirilən illik mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, "bu il həmçinin bir çox ölkələrlə İkitərəfli münasibətlərin qurulmasında yubiley ili idi. Bütün bu ölkələrlə diplomatik əlaqələrin qurulması ilə bağlı qarşılıqlı şəkildə tədbirlər həyata keçirilib".
"Azərbaycan ilk növbədə sərhədyanı ölkələrlə əlaqələrin inkişafına önəm verir. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu il Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya edildi. Bu il ərzində Prezident İlham Əliyevin Türkiyəyə üç səfəri baş tutub. İl ərzində Azərbaycan-Rusiya əməkdaşlığı uğurla davam edib. Müttəfiqlik haqqında qarşılıqlı fəaliyyət Bəyannaməsi imzalanıb.
Həmçinin Prezident İlham Əliyevin Rusiyaya bir rəsmi, bir neçə işgüzar səfəri baş tutub. Ötən ay Rusiya nümayəndə heyəti Azərbaycana səfər edib. Gürcüstanla münasibətlərimiz sabit şəkildə inkişaf edib. Qarşılıqlı olaraq səfərlər həyata keçirilib. İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib. 2022-ci il ölkəmizin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə dinamika müşahidə olunub", - nazir deyib.