https://sputnik.az/20221226/azerbaycanda-yasil-kartla-bagli-birdefelik-odenis-ve-sigorta-haqlari-mueyyen-edilib-450032037.html
Azərbaycanda "Yaşıl Kart"la bağlı birdəfəlik ödəniş və sığorta haqları müəyyən edilib
Azərbaycanda "Yaşıl Kart"la bağlı birdəfəlik ödəniş və sığorta haqları müəyyən edilib
Sputnik Azərbaycan
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim... 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T13:52+0400
2022-12-26T13:52+0400
2022-12-26T13:52+0400
mərkəzi bank
cəmiyyət
türkiyə
iran
https://cdnn1.img.sputnik.az/img/40358/65/403586531_0:0:1800:1014_1920x0_80_0_0_24b212c73429f8340ca13db074e9f2d7.jpg
BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının Kollegiyası "Yaşıl Kart" sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və sistem çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərarı qurumun sədri Taleh Kazımov imzalayıb. Qərara əsasən, "Yaşıl Kart" üzrə birdəfəlik ödəniş 10000 manat müəyyən edilib. Bundan başqa, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə və İrana gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 12-440 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 10-400 manat, digər ölkələrə gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30-1200 manat, Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 15-1630 manat, digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30 - 2389 manat müəyyənləşdirilib. Qərar gələn il yanvarın 1-dən qüvvəyə minir. AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40358/65/403586531_96:0:1696:1200_1920x0_80_0_0_c321c760fbe01d8d8de13f07b0a05b21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mərkəzi bank, türkiyə, iran
mərkəzi bank, türkiyə, iran
Azərbaycanda "Yaşıl Kart"la bağlı birdəfəlik ödəniş və sığorta haqları müəyyən edilib
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının Kollegiyası "Yaşıl Kart" sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və sistem çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərarı qurumun sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, "Yaşıl Kart" üzrə birdəfəlik ödəniş 10000 manat müəyyən edilib.
Bundan başqa, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə və İrana gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 12-440 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 10-400 manat, digər ölkələrə gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30-1200 manat, Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 15-1630 manat, digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30 - 2389 manat müəyyənləşdirilib.
Qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.
AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.