https://sputnik.az/20221224/heykelteras-qadini-santaj-edib-santajci-ile-nece-davranmali-449977409.html
Heykəltəraş qadını şantaj edib: Şantajçı ilə necə davranmalı?
Heykəltəraş qadını şantaj edib: Şantajçı ilə necə davranmalı?
Sputnik Azərbaycan
Vəkil belə hesab edir ki, şantaj edən şəxslərə ən azı 3-8 il arasında cəza təyin olunmalıdır 24.12.2022, Sputnik Azərbaycan
2022-12-24T08:59+0400
2022-12-24T08:59+0400
2022-12-24T09:10+0400
heykəltəraş
cəmiyyət
şantaj
vəkil
qadın
cinayət
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/40917/14/409171428_0:59:1500:903_1920x0_80_0_0_a56967a3cb96f26b9ecfa8dfd0824581.jpg
BAKI, 24 dekabr — Sputnik. Son günlərdə şantajla bağlı cinayət hadisələri çox baş verdiyindən bu məsələ çox aktualdır. Audio-video, texniki vasitələr, mobil telefonlar, smartfonların əlçatan olmasından bəziləri sui-istifadə edir, rüsvayedici məlumatlar yayırlar. Bunu Sputnik Azərbaycan-a açıqlamasında vəkil Türkel Süleymanlı deyib. O bildirir ki, hədə-qorxu ilə nəsə tələb etmə iki cürdür: zorakılıq, şantajla hədələmək: "Hesab edirəm ki, şantajla nəsə tələb etmək daha ağırdır. Çünki rüsvayedici məlumatlar yayıldıqda bu şəxsə bəzən ömürlük bir zərbə dəyir. Elə situasiyalar var ki, insanlar rüsvay olmaqdan qorxduqları üçün hətta özlərinə qəsd də edirlər. Bu səbəbdən birmənalı olaraq belə hesab edirəm ki, şantaja görə cəza ağırlaşdırılmalıdır. Əks halda, bu cür şəxslər əməllərinə son verməyəcək, şantajlarına davam edəcəklər". Vəkil hesab edir ki, şantajla bağlı Cinayət Məcəlləsinə üçüncü bənd əlavə olunmalıdır: "Xüsusən də rüsvayedici məlumatların yayılma faktı varsa, cəzalar daha da ağır olmalıdır. Düşünürəm ki, belə şəxslərə ən azı 3-8 il arasında cəza təyin olunmalıdır". Bununla yanaşı, hüquqşünas hesab edir ki, şantaja məruz qalan hər bir şəxs bunu əvvəlcə polisə bildirməlidir. Qeyd edək ki, dekabrın 23-də Adəm Zindani kimi tanınan heykəltaraş Adəm İsmayılov Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs olunub. "Qafqazinfo"nun məlumatına görə, 1978-ci il təvəllüdlü heykəltaraş sevdiyi qadını şantaj etdiyi üçün hakim qarşısına çıxarılıb. O, Cinayət Məcəlləsinin 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma) və 176-1.1-ci ( Qadını nikaha daxil olmağa məcbur etmə) maddələri ilə ittiham olunub. Məlum olub ki, o, zərərçəkmiş Nigar Qasımova (ad-soyad şərtidir) ilə 2017-ci ildə tanış olub. Cinayət hadisəsinə gəlincə, Adəm 2021-ci ilin dekabrında özünə məxsus emalatxanada Nigara qarşı seksual hərəkətlər edib və bunu gizli olaraq telefonu ilə lentə alıb. O, növbəti dəfə Nigarı münasibətə dəvət etsə də, qadın bundan imtina edib. Adəm buna cavab olaraq, lentə aldığı görüntüləri Nigara göndərərək onu hədələyib. O, bir müddət sonra ona ya Qasımla (ad şərtidir), ya da onun özüylə evlənməyi təklif edib. Nigar bu təklifdən də imtina edib. Qadının imtinasına baxmayaraq, Adəm İsmayılov özünə məxsus Instagram hesabında qızın adi şəkillərini paylaşaraq onu fahişə kimi təqdim edib. Davamında isə Nigara girib həmin paylaşıma baxmasını deyib. Adəmin həmin paylaşımları etməkdə məqsədi izləyiciləri vasitəsilə Nigarın ailə üzvlərinə məlumat verməkdən ibarət olub. Nigar onun etdiyi paylaşımları gördükdən sonra mesaj yazaraq həmin paylaşımları silməsini xahiş edib və Qasımla görüşə razılıq verdiyini bildirib. Sonrakı günlərdə Nigar onun mesajlarını cavabsız qoyub. Adəm isə qisas almaq məqsədilə Nigarın intim fotolarını A4 kağızında çıxartdırıb onun müalicə üçün getdiyini dediyi tibb müəssisəsinin giriş qapısına yapışdırıb. Bu azmış kimi, qələmlə qadının adını və onun fahişə olduğunu, sözügedən tibb müəssisəsinə müalicəyə gəldiyini yazıb. Adəm İsmayılov daha sonra tibb müəssisəsinin qarşısında mobil telefonla öz şəklini çəkərək Nigara göndərib və onun çılpaq fotoşəkillərini tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını deyib. Nigar hədələrin bitməyəcəyini başa düşərək polisə şikayət edib. 2022-ci ilin fevralında isə Adəm İsmayılov İçərişəhərdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Qeyd edək ki, A.Zindani ağac oduncaqları üzərində oyma işləri edərək müxtəlif fiqurlar hazırlayıb onları İçərişəhər ərazisində satırdı. Bir neçə media orqanı, həmçinin Sputnik Azərbaycan onun emalatxanasından reportaj hazırlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40917/14/409171428_110:0:1391:961_1920x0_80_0_0_2fbd7770ae69b5577dada911304825f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heykəltəraş, şantaj, vəkil, qadın, cinayət, cinayət məcəlləsi
heykəltəraş, şantaj, vəkil, qadın, cinayət, cinayət məcəlləsi
Heykəltəraş qadını şantaj edib: Şantajçı ilə necə davranmalı?
08:59 24.12.2022 (Yenilənib: 09:10 24.12.2022) Vəkil belə hesab edir ki, şantaj edən şəxslərə ən azı 3-8 il arasında cəza təyin olunmalıdır
BAKI, 24 dekabr — Sputnik. Son günlərdə şantajla bağlı cinayət hadisələri çox baş verdiyindən bu məsələ çox aktualdır. Audio-video, texniki vasitələr, mobil telefonlar, smartfonların əlçatan olmasından bəziləri sui-istifadə edir, rüsvayedici məlumatlar yayırlar.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında vəkil Türkel Süleymanlı deyib.
O bildirir ki, hədə-qorxu ilə nəsə tələb etmə iki cürdür: zorakılıq, şantajla hədələmək: "Hesab edirəm ki, şantajla nəsə tələb etmək daha ağırdır. Çünki rüsvayedici məlumatlar yayıldıqda bu şəxsə bəzən ömürlük bir zərbə dəyir. Elə situasiyalar var ki, insanlar rüsvay olmaqdan qorxduqları üçün hətta özlərinə qəsd də edirlər. Bu səbəbdən birmənalı olaraq belə hesab edirəm ki, şantaja görə cəza ağırlaşdırılmalıdır. Əks halda, bu cür şəxslər əməllərinə son verməyəcək, şantajlarına davam edəcəklər".
Vəkil hesab edir ki, şantajla bağlı Cinayət Məcəlləsinə üçüncü bənd əlavə olunmalıdır: "Xüsusən də rüsvayedici məlumatların yayılma faktı varsa, cəzalar daha da ağır olmalıdır. Düşünürəm ki, belə şəxslərə ən azı 3-8 il arasında cəza təyin olunmalıdır".
Bununla yanaşı, hüquqşünas hesab edir ki, şantaja məruz qalan hər bir şəxs bunu əvvəlcə polisə bildirməlidir.
Qeyd edək ki, dekabrın 23-də Adəm Zindani kimi tanınan heykəltaraş Adəm İsmayılov Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs olunub.
"Qafqazinfo"nun məlumatına görə, 1978-ci il təvəllüdlü heykəltaraş sevdiyi qadını şantaj etdiyi üçün hakim qarşısına çıxarılıb.
O, Cinayət Məcəlləsinin 151 (Seksual xarakterli hərəkətlərə məcbur etmə), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma) və 176-1.1-ci ( Qadını nikaha daxil olmağa məcbur etmə) maddələri ilə ittiham olunub.
Məlum olub ki, o, zərərçəkmiş Nigar Qasımova (ad-soyad şərtidir) ilə 2017-ci ildə tanış olub.
Cinayət hadisəsinə gəlincə, Adəm 2021-ci ilin dekabrında özünə məxsus emalatxanada Nigara qarşı seksual hərəkətlər edib və bunu gizli olaraq telefonu ilə lentə alıb. O, növbəti dəfə Nigarı münasibətə dəvət etsə də, qadın bundan imtina edib.
Adəm buna cavab olaraq, lentə aldığı görüntüləri Nigara göndərərək onu hədələyib. O, bir müddət sonra ona ya Qasımla (ad şərtidir), ya da onun özüylə evlənməyi təklif edib. Nigar bu təklifdən də imtina edib.
Qadının imtinasına baxmayaraq, Adəm İsmayılov özünə məxsus Instagram hesabında qızın adi şəkillərini paylaşaraq onu fahişə kimi təqdim edib. Davamında isə Nigara girib həmin paylaşıma baxmasını deyib.
Adəmin həmin paylaşımları etməkdə məqsədi izləyiciləri vasitəsilə Nigarın ailə üzvlərinə məlumat verməkdən ibarət olub. Nigar onun etdiyi paylaşımları gördükdən sonra mesaj yazaraq həmin paylaşımları silməsini xahiş edib və Qasımla görüşə razılıq verdiyini bildirib. Sonrakı günlərdə Nigar onun mesajlarını cavabsız qoyub.
Adəm isə qisas almaq məqsədilə Nigarın intim fotolarını A4 kağızında çıxartdırıb onun müalicə üçün getdiyini dediyi tibb müəssisəsinin giriş qapısına yapışdırıb. Bu azmış kimi, qələmlə qadının adını və onun fahişə olduğunu, sözügedən tibb müəssisəsinə müalicəyə gəldiyini yazıb.
Adəm İsmayılov daha sonra tibb müəssisəsinin qarşısında mobil telefonla öz şəklini çəkərək Nigara göndərib və onun çılpaq fotoşəkillərini tibb müəssisəsinin giriş qapısının yaxınlığındakı divara yapışdırdığını deyib.
Nigar hədələrin bitməyəcəyini başa düşərək polisə şikayət edib. 2022-ci ilin fevralında isə Adəm İsmayılov İçərişəhərdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Qeyd edək ki, A.Zindani ağac oduncaqları üzərində oyma işləri edərək müxtəlif fiqurlar hazırlayıb onları İçərişəhər ərazisində satırdı. Bir neçə media orqanı, həmçinin Sputnik Azərbaycan onun emalatxanasından reportaj hazırlamışdı.