Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Netanyahu Ukraynadakı vəziyyəti müzakirə ediblər

© Sputnik / Sergey Guneev / Mediabanka keçidVladimir Putin və Benyamin Netanyahu
Vladimir Putin və Benyamin Netanyahu  - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
İsrailin Likud Partiyasının lideri tezliklə münaqişəni “sonlandırmaq üçün bir yol tapılacağına” ümid etdiyini deyib.
BAKI, 22 dekabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin cümə axşamı telefon danışığı zamanı İsrailin Likud Partiyasının lideri Benyamin Netanyahunu hökumətin qurulması münasibətilə təbrik edib. Bu barədə RİA Novosti İsrail mətbuatına istinadən xəbər yayıb.
“Rusiya prezidenti Vladimir Putin baş nazirliyə namizəd Benyamin Netanyahunu hökumətin qurulması münasibətilə təbrik edib”, - deyə “The Jerusalem Post” nəşrinin məlumatında bildirilir.
Həmçinin qeyd edilir ki, tərəflər bir sıra məsələləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı Netanyahu tezliklə münaqişəni “sonlandırmaq üçün bir yol tapılacağına” ümid etdiyini bildirib.
Netanyahu daha əvvəl İsrail prezidenti Yitzhak Herzoqa hökuməti qurmağı bacardığını demişdi.
Xəbər lenti
0