Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistan XİN rəhbərlərinin görüşündən imtina edib - Rusiya XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
BAKI, 22 dekabr — Sputnik. Rusiya Federasiyası, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etməli olduqları görüşü dekabrın 23-də planlaşdırılsa da, İrəvan iştirakdan imtina edib. Bu barədə Rusiya XİN məlumat yayıb.

"İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina etmək qərarına görə təəssüf hissi ifadə olunub", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqları səbəbindən gərginləşən vəziyyət müzakirə edilib", - Rusiya XİN-in bəyanatında deyilir.
Söhbət zamanı Lavrov Laçın dəhlizi boyunca Qarabağ və Ermənistan arasında kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə əməl olunmasının zəruriliyini vurğulayıb. Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası istiqamətində işlərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.
Xəbər lenti
0