NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-ın neft ehtiyatının kəskin azalması "qara qızıl"ı bahalaşdırır

© Sputnik / Максим Богодвид / Mediabanka keçidNeft
Neft - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Abunə olmaq
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
BAKI, 22 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,37 dollar artaraq 82,57 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,38 dollar bahalaşaraq 78,67 dollar olub.
Azərbaycan neftinin qiyməti 2,32 dollar artaraq 86,40 dollar olub.
Qeyd edək ki, neftin qiyməti ABŞ-da xammal ehtiyatları ilə bağlı statistik məlumatların dərc olunmasından sonra artıb. Analitiklər ABŞ-da neftin kommersiya ehtiyatlarının cəmi 1,7 milyon barel azalacağını gözləsələr də, dekabrın 16-da başa çatan həftədə ehtiyatlar 5,9 milyon barel və ya 1,4 % azalaraq 418,2 milyon barelə düşüb.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Xatırladaq ki, bundan öncə müxtəlif ölkələrin mərkəzi banklarının faiz dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Dekabr iclasında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb. Bundan başqa, Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini 50 faiz bəndi artıraraq müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0