DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və Hindistan qarşılıqlı ticarətdə əsaslı şəkildə dollar və avrodan uzaqlaşırlar

© AP Photo / Burhan OzbiliciКассир считает доллары, фото из архива
Кассир считает доллары, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Diplomat onu da əlavə edib ki, tam hüquqlu keçid üçün ticarət əməliyyatlarında qalan disbalans məsələsini tam həll etmək lazımdır.
BAKI, 21 dekabr — Sputnik. Rusiya və Hindistan qarşılıqlı ticarətdə əsaslı şəkildə dollar və avrodan uzaqlaşır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin ikinci departamentinin direktoru Zamir Kabulov "RİA Novosti"yə bildirib.
"Biz prinsipial şəkildə dollar və avrodan uzaqlaşırıq, milli valyutalara keçməliyik". – deyə o, qeyd edib.
Diplomat onu da əlavə edib ki, tam hüquqlu keçid üçün ticarət əməliyyatlarında qalan disbalans məsələsini tam həll etmək lazımdır.
"Hindistan hələ də bizdən satdığından daha çox, 5 dəfədən çox alır... Mütəxəssislər bunun üzərində işləyir, ağlabatan kompromis axtarırlar. Amma keçid etmək prinsipial şəkildə vacibdir", - deyə Kabulov bildirib.
Xəbər lenti
0