DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropalılar etiraz aksiyalarına çıxa bilərlər - ABŞ-ın siyasəti onları təngə gətirib

© Sputnik / СтрингерEtiraz
Etiraz - Sputnik Azərbaycan, 1920, 21.12.2022
Abunə olmaq
Rusiyalı iqtisadçı, "Yeni Cəmiyyət İnstitutu"nun direktoru Vasili Koltaşov ABŞ-ın Avropa İttifaqı ilə bağlı siyasətini şərh edib.
BAKI, 21 dekabr — Sputnik. Rusiyaya qarşı sanksiyalara görə Avropa İttifaqı xammal çatışmazlığı ilə üzləşəcək.
Bunu bir müddət əvvəl Avstriyanın keçmiş vitse-kansleri Haynts-Kristian Ştraxe "RİA Novosti"yə müsahibəsində bildirmişdi.
"Sputnik" radiosuna müsahibəsində iqtisadçı Vasili Koltaşov qeyd edib ki, Aİ ölkələrində bir sıra sənayelər məhv edilir.
"Bu vəziyyətdə Rusiya, əksinə, neft emalı sənayesində lider ola bilər. Avropa İttifaqının iqtisadi məhvi davam edir. Rusiya kimya sənayesi Avropanı əvəz etməyə başlayır. Bu, sanksiyaların nəticəsidir. Hazırda Rusiya neftayırma zavodları 100-110 faiz yükləniblər. Biz Aİ-yə neft ixrac edə bilmərik, amma emal olunmuş neft məhsullarını ixrac edəcəyik", - deyə Koltaşov bildirib.
O qeyd edib ki, Aİ iqtisadiyyatının süqutunda öz mənfəətləri üçün əli olan ABŞ-ın siyasətindən çox şey asılıdır.
"Birləşmiş Ştatlar gözləyir ki, Avropa İttifaqı Avropanın əvəzinə Amerika məhsullarını alacaq. Bu, təkcə Amerika qazı deyil, həm də maşınqayırma məhsulları, metallurgiya, Amerika gübrələridir. Bundan əlavə, ABŞ Avropadan qaçan şirkətlərə öz qucağını açacaq. Amma bu, təkcə ABŞ üçün deyil, həm də Rusiya üçün bir fürsətdir", - deyə iqtisadçı izah edib.
Koltaşovun sözlərinə görə, əgər Vaşinqton öz hərəkətləri ilə Aİ-də qıtlığı sürətləndirsə, o zaman Köhnə Dünyanın sakinləri etiraz aksiyalarına çıxa bilərlər.
Bundan əvvəl Avstriyanın keçmiş vitse-kansleri, sağçı Avstriya Azad Partiyasının (FPÖ) keçmiş lideri Haynts-Kristian Ştraxe də "RİA Novosti"yə müsahibəsində bildirib ki, Avropada Rusiya Federasiyasına qarşı sanksiyalar fonunda etiraz aksiyaları güclənəcək, çünki insanlar yoxsulluq içində yaşamaq istəmirlər.
Xəbər lenti
0