https://sputnik.az/20221220/demir-yolundan-ogurluq-eden-sexs-saxlanilib-449826620.html
Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb
Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb
Sputnik Azərbaycan
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd "kastil" oğurladığı məlum olub. 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T13:53+0400
2022-12-20T13:53+0400
2022-12-20T13:53+0400
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/42357/56/423575674_0:121:1921:1201_1920x0_80_0_0_efd57fc2a8a005dc22eae4b8f2b87879.jpg
BAKI, 20 dekabr — Sputnik. Xaçmazda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Belə ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar. Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd "kastil" oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, bir müddət öncə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/56/423575674_62:0:1815:1315_1920x0_80_0_0_44eba7a12a0049b7748881c76d445045.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəmir yolu
Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd "kastil" oğurladığı məlum olub.
BAKI, 20 dekabr — Sputnik. Xaçmazda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar.
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd "kastil" oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılmışdı.