Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunda təlim-metodiki toplanış keçirilir

təlim - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Səhra şəraitində təşkil edilmiş təlim nöqtələrində zabitlərin bilik və bacarıqları qiymətləndirilir, artilleriya bölmələrinin atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi üzrə fəaliyyətlər icra olunur.
BAKI, 20 dekabr — Sputnik. Azərbaycan Ordusunda 2022-ci ilin döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə komandirlərinin müavinləri və artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səhra şəraitində təşkil edilmiş təlim nöqtələrində zabitlərin bilik və bacarıqları qiymətləndirilir, artilleriya bölmələrinin atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi üzrə fəaliyyətlər icra olunur.
Toplanışda həmçinin komandir heyəti ilə fərdi təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əlaqədə fəaliyyətlərin təşkili, yeni təlim üsullarının tətbiqi, eləcə də müxtəlif mövzularda metodiki məşğələlər keçirilir.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübə nəzərə alınmaqla keçirilən toplanışın əsas məqsədi komandir heyətinin bölmələri idarəetmə vərdişlərinin, həmçinin əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Xəbər lenti
0