https://sputnik.az/20221220/avropa-ttifaqi-ukraynadaki-cinayetlerde-istirakini-gizletmeye-calisir---rusiya-xn--449826481.html
Avropa İttifaqı Ukraynadakı cinayətlərdə iştirakını gizlətməyə çalışır - Rusiya XİN
Avropa İttifaqı Ukraynadakı cinayətlərdə iştirakını gizlətməyə çalışır - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Verşinin deyib ki, Avropa İttifaqı Ukraynadakı hərbi cinayətlərdə öz iştirakını gizlətməyə çalışır və bu səbəbdən... 20.12.2022, Sputnik Azərbaycan
2022-12-20T16:00+0400
2022-12-20T16:00+0400
2022-12-20T16:00+0400
rusiya
rusiya xin
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448545833_0:159:3078:1890_1920x0_80_0_0_172a850e3d5ed522d2ec6942ad35c4cb.jpg
BAKI, 20 dekabr — Sputnik. Avropa İttifaqı Ukraynadakı hərbi cinayətlərdə öz iştirakını gizlətməyə çalışır və məhz bunun üçün xüsusi tribunalın yaradılmasına başlanılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin müavini Sergey Verşinin müsahibəsində deyib. "Ukraynaya çoxmilyardlıq maliyyələşmədə və silah tədarükündə iştirak edən Avropa İttifaqı bu yolla Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilən kütləvi hərbi cinayətlərdə öz iştirakını ört-basdır etməyə çalışır", - deyə Verşinin qeyd edib. Diplomat belə "saxta tribunal"ın qərarlarının "hüquqi cəfəngiyyata" çevriləcəyini və Rusiya tərəfindən heç vaxt tanınmayacağını vurğulayıb. KP.RU saytı bu yaxınlarda yazıb ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Avropa Komissiyasının Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması ideyası Aİ dövlətlərinin xarici işlər nazirləri arasında yekdil dəstək tapmayıb. Onun sözlərinə görə, Aİ "cəzasızlıqla mübarizə aparmaq üçün" daha çox iş görməlidir. Eyni zamanda, o, bu istiqamətdə konkret planları açıqlamayıb. Xatırladaq ki, Kreml Rusiya vətəndaşlarının Ukraynadakı hərəkətlərinə görə tribunalın yaradılmasını müzakirə etməzdən əvvəl Avropa rəsmilərinin Kiyevin Donbasdakı cinayətlərinə diqqət yetirməli olduğunu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0e/448545833_174:0:2905:2048_1920x0_80_0_0_26dd31aaeeb67305055299ef1ac55ac3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, avropa ittifaqı
rusiya xin, avropa ittifaqı
Avropa İttifaqı Ukraynadakı cinayətlərdə iştirakını gizlətməyə çalışır - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Verşinin deyib ki, Avropa İttifaqı Ukraynadakı hərbi cinayətlərdə öz iştirakını gizlətməyə çalışır və bu səbəbdən də xüsusi tribunalın yaradılmasını təşviq edir.
BAKI, 20 dekabr — Sputnik. Avropa İttifaqı Ukraynadakı hərbi cinayətlərdə öz iştirakını gizlətməyə çalışır və məhz bunun üçün xüsusi tribunalın yaradılmasına başlanılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin müavini Sergey Verşinin müsahibəsində deyib.
"Ukraynaya çoxmilyardlıq maliyyələşmədə və silah tədarükündə iştirak edən Avropa İttifaqı bu yolla Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilən kütləvi hərbi cinayətlərdə öz iştirakını ört-basdır etməyə çalışır", - deyə Verşinin qeyd edib.
Diplomat belə "saxta tribunal"ın qərarlarının "hüquqi cəfəngiyyata" çevriləcəyini və Rusiya tərəfindən heç vaxt tanınmayacağını vurğulayıb.
KP.RU saytı bu yaxınlarda yazıb ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, Avropa Komissiyasının Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması ideyası Aİ dövlətlərinin xarici işlər nazirləri arasında yekdil dəstək tapmayıb.
Onun sözlərinə görə, Aİ "cəzasızlıqla mübarizə aparmaq üçün" daha çox iş görməlidir. Eyni zamanda, o, bu istiqamətdə konkret planları açıqlamayıb.
Xatırladaq ki, Kreml Rusiya vətəndaşlarının Ukraynadakı hərəkətlərinə görə tribunalın yaradılmasını müzakirə etməzdən əvvəl Avropa rəsmilərinin Kiyevin Donbasdakı cinayətlərinə diqqət yetirməli olduğunu bildirib.