Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Çin birgə dəniz təlimləri keçirəcək

© © RF Müdafiə Nazirliyinin mətbuat xidməti / Mediabanka keçidRusiya HDQ-yə məxsus raket gəmisi, arxiv şəkli
Rusiya HDQ-yə məxsus raket gəmisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.12.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyi təlimlər zamanı Şərqi Çin dənizində raket və artilleriya atışlarının həyata keçiriləcəyini bildirib.
BAKI, 19 dekabr — Sputnik. Rusiya və Çin yaxın günlərdə "Dəniz Tərəfdaşlığı" adlı birgə dəniz təlimləri keçirəcək. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Moskva və Pekin arasında birgə manevrlər dekabrın 21-dən 27-dək keçiriləcək. Müdafiə Nazirliyi təlimlər zamanı Şərqi Çin dənizində raket və artilleriya atışlarının həyata keçiriləcəyini bildirib.
Qeyd olunur ki, manevrlərdə Rusiyadan Sakit Okean Donanmasının flaqmanı "Varyaq" raket kreyseri, freqat marşal Şapoşnikov və iki korvet iştirak edəcək.
Bundan əvvəl Yaponiya Nazirlər Kabineti milli təhlükəsizlik və müdafiə ilə bağlı üç əsas sənədi təsdiqləyib.
Burada Çin və onun Rusiya ilə strateji əməkdaşlığı əsas çağırışlar kimi göstərilib. Tokio Çinin Asiya-Sakit okean regionunda (APR) hərbi fəaliyyəti ilə bağlı narahatlığını ifadə edib.
Xəbər lenti
0