DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ZAES-in təhlükəsizliyi yalnız ağır silahların Kiyevdən çıxarılması ilə mümkündür

© Sputnik / Константин МихальчевскийZAES
ZAES - Sputnik Azərbaycan, 1920, 18.12.2022
Abunə olmaq
MAQATE dəfələrlə ZAES ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini bəyan edib.
BAKI, 18 dekabr - Sputnik. Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması üçün əsas tələb Ukrayna qoşunlarının stansiyaya zərbə endirə bilməyəcəkləri məsafəyə çıxarılması olmalıdır. Bunu "Biz Rusiyanın yanındayıq" hərəkatının sədri, Zaporojye vilayətinin administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov "RİA Novosti” bildirib.
Əvvəllər MAQATE, dəfələrlə ZAES ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini bəyan edib.
"Qərb ölkələri və Zelenski rejimi Zaporojye AES ətrafında təhlükəsizlik zonasının yaradılması mövzusunda spekulyasiya etməkdə davam edir. Hərçənd, AES üçün təhlükənin yalnız obyekti dəfələrlə atəşə tutan Zelenskinin yaraqlılarından qaynaqlandığı hamıya aydındır. Buna görə də təhlükəsizlik zonası yaratmaq üçün yalnız bir variant var – bu da Kiyevin öz qoşunlarını və ağır silahlarını nüvə stansiyasına zərbə vura bilməyəcəkləri məsafəyə yönəltməsidir”, - deyə Roqov agentliyə bildirib.
Eyni zamanda, onun sözlərinə görə, stansiyanın mühafizəsi və qorunması Rusiyanın səlahiyyətində olacaq.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. Mart ayından başlayaraq o, Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Xəbər lenti
0