https://sputnik.az/20221218/azerbaycanda-kend-teserrufatinin-istehsali-artib---detallar-449731481.html
Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - DETALLAR
Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - DETALLAR
Sputnik Azərbaycan
Kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz yüksəlib. 18.12.2022, Sputnik Azərbaycan
2022-12-18T08:44+0400
2022-12-18T08:44+0400
2022-12-18T08:44+0400
kənd təsərrüfatı
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442736091_0:67:1280:787_1920x0_80_0_0_66685252c9dc972fdcdc03fcfc8be864.jpg
BAKI, 18 dekabr-Sputnik. 2022-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 383,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bunun da 4 milyard 952,5 milyon manatı heyvandarlıq, 5 milyard 431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb. Bitkiçilik Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. 2022-ci il dekabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2884,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 30,5 min hektar qarğıdalı sahəsindən 248,7 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 1052,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox kartof, 1810,2 min ton (1,2 faiz çox) tərəvəz, 468,7 min ton (1,9 faiz çox) bostan məhsulları, 1248,4 min ton (4,6 faiz çox) meyvə və giləmeyvə, 211,7 min ton (3,3 faiz çox) üzüm, 1000,9 ton (14,8 faiz az) yaşıl çay yarpağı, 203,7 min ton (8,7 faiz çox) şəkər çuğunduru, 299,1 min ton (10,1 faiz çox) pambıq, 28,9 min ton (12,2 faiz çox) günəbaxan və 4,3 min ton (32,3 faiz az) tütün yığılıb. Heyvandarlıq 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 522,0 min ton, süd istehsalı 1,9 faiz artaraq 2036,3 min ton, yumurta istehsalı 8,0 faiz artaraq 1821,5 milyon ədəd, yun istehsalı 2,3 faiz azalaraq 15,6 min ton, barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/09/442736091_72:0:1209:853_1920x0_80_0_0_034c4bc3de03e078cb97edacfb51a39a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kənd təsərrüfatı
Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - DETALLAR
Kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz yüksəlib.
BAKI, 18 dekabr-Sputnik. 2022-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 383,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bunun da 4 milyard 952,5 milyon manatı heyvandarlıq, 5 milyard 431,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3 faiz, bitkiçilik məhsulları üzrə isə 3,4 faiz artıb.
Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. 2022-ci il dekabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2884,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 30,5 min hektar qarğıdalı sahəsindən 248,7 min ton məhsul götürülüb.
Yığım başlanandan sahələrdən 1052,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox kartof, 1810,2 min ton (1,2 faiz çox) tərəvəz, 468,7 min ton (1,9 faiz çox) bostan məhsulları, 1248,4 min ton (4,6 faiz çox) meyvə və giləmeyvə, 211,7 min ton (3,3 faiz çox) üzüm, 1000,9 ton (14,8 faiz az) yaşıl çay yarpağı, 203,7 min ton (8,7 faiz çox) şəkər çuğunduru, 299,1 min ton (10,1 faiz çox) pambıq, 28,9 min ton (12,2 faiz çox) günəbaxan və 4,3 min ton (32,3 faiz az) tütün yığılıb.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 522,0 min ton, süd istehsalı 1,9 faiz artaraq 2036,3 min ton, yumurta istehsalı 8,0 faiz artaraq 1821,5 milyon ədəd, yun istehsalı 2,3 faiz azalaraq 15,6 min ton, barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub.