CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tehran-Bakı aviareysində qanunsuz yolla gətirilən dərmanlar aşkarlanıb - DGK

© AFP 2024 / PATRICK T. FALLONDərman, arxiv şəkli
Dərman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.12.2022
Abunə olmaq
Aşkar edilən dərman preparatları arasında Azərbaycanda dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam”, “Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.
BAKI, 17 dekabr - Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikası vətəndaşına məxsus çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub. Bundan sonra həmin sərnişin yoxlama otağına dəvət edilib.
Həyata keçirilən gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının - şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib.
Aşkar edilən dərman preparatları arasında Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam”, “Alprokim” adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
"Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da “Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir"", - Dövlət Gömrük Komitəsinin məlumatda qeyd olunub.
Xəbər lenti
0