https://sputnik.az/20221217/tbilisiye-ucan-malayziya-ve-polsa-teyyareleri-niye-bakiya-enib-449729844.html
Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri niyə Bakıya enib?
Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri niyə Bakıya enib?
Sputnik Azərbaycan
Bu gün Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə də geri qayıdıb. 17.12.2022, Sputnik Azərbaycan
2022-12-17T11:40+0400
2022-12-17T11:40+0400
2022-12-17T11:41+0400
təyyarə
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426356527_0:10:2021:1146_1920x0_80_0_0_2c83ebce61f09cdae948c777c65a6d44.jpg
BAKI, 17 dekabr-Sputnik. Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib. Aeroportdan bildirilib ki, "Airbus A330" təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına enib. Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb. Onu da xatırladaq ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.
https://sputnik.az/20221217/baki-naxcivan-reysini-yerine-yetiren-teyyare-geri-qayidib-449728529.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426356527_22:0:1949:1445_1920x0_80_0_0_45168f49accc7295c0c2346eb852a116.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
təyyarə
Tbilisiyə uçan Malayziya və Polşa təyyarələri niyə Bakıya enib?
11:40 17.12.2022 (Yenilənib: 11:41 17.12.2022) Bu gün Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə də geri qayıdıb.
BAKI, 17 dekabr-Sputnik. Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın "AirAsia" aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Aeroportdan bildirilib ki, "Airbus A330" təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına enib.
Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın LOT aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.
Onu da xatırladaq ki, əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları"nın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.