https://sputnik.az/20221216/rusiyanin-azerbaycan-iqtisadiyyatina-yatirdigi-investisiyalar-10-defeden-cox-artib-449687522.html
Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 10 dəfədən çox artıb
Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 10 dəfədən çox artıb
Sputnik Azərbaycan
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci illə müqayisədə 5,9% artaraq 4 milyard 795,3 milyon dollara çatıb. 16.12.2022, Sputnik Azərbaycan
2022-12-16T11:19+0400
2022-12-16T11:19+0400
2022-12-16T11:19+0400
rusiya
azərbaycan
investisiya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 16 dekabr — Sputnik. Rusiyanın Azərbaycana birbaşa investisiyaları 2022-ci ilin yanvar-sentyabr aylarında 10,5 dəfə artaraq 377,6 milyon dollara çatıb. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hesabatında belə deyilir. Beləliklə, Rusiya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk 5 ölkə sırasına daxil olub. Mərkəzi Bankın məlumatına görə, bu dövrdə bu göstərici üzrə lider 1,2 milyard dollar investisiya ilə Böyük Britaniyadır. Türkiyə - 751,6 milyon dollar, Kipr - 618,4 milyon dollar və İran - 256,2 milyon dollar investisiya ilə növbəti yerləri bölüşdürürlər. AMB-nin hesabatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 25% çoxdur. Qurumun məlumatına görə, birbaşa xarici investisiyaların 69,8 faizi neft-qaz sektoruna, 30,2 faizi qeyri-neft sektoruna yönəldilib. Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 10 ölkəyə aşağıdakılar da daxildir: ABŞ - 231 milyon dollar, Yaponiya - 203,4 milyon dollar, İsveçrə - 156,1 milyon dollar, Norveç - 113,5 milyon dollar və Birləşmiş Ərəb Əmirlikləri - 60,3 milyon dollar. Bununla yanaşı, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci illə müqayisədə 5,9% artaraq 4 milyard 795,3 milyon dollara çatıb. Cari əməliyyatların hesabının profisiti Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hesabatında, həmçinin, qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 17,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 4,5 dəfə çoxdur. 2022-ci ilin üçüncü rübündə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 30,7%-ni təşkil edib. Mərkəzi Bankın məlumatına görə, cari ilin ilk üç rübündə neft-qaz sektoru üzrə profisit 21,4 milyard dollar təşkil edib, qeyri-neft sektoru üzrə 3,7 milyard dollar kəsir yaranıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
azərbaycan, investisiya
Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 10 dəfədən çox artıb
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci illə müqayisədə 5,9% artaraq 4 milyard 795,3 milyon dollara çatıb.
BAKI, 16 dekabr — Sputnik. Rusiyanın Azərbaycana birbaşa investisiyaları 2022-ci ilin yanvar-sentyabr aylarında 10,5 dəfə artaraq 377,6 milyon dollara çatıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hesabatında belə deyilir.
Beləliklə, Rusiya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk 5 ölkə sırasına daxil olub. Mərkəzi Bankın məlumatına görə, bu dövrdə bu göstərici üzrə lider 1,2 milyard dollar investisiya ilə Böyük Britaniyadır. Türkiyə - 751,6 milyon dollar, Kipr - 618,4 milyon dollar və İran - 256,2 milyon dollar investisiya ilə növbəti yerləri bölüşdürürlər.
AMB-nin hesabatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 25% çoxdur.
Qurumun məlumatına görə, birbaşa xarici investisiyaların 69,8 faizi neft-qaz sektoruna, 30,2 faizi qeyri-neft sektoruna yönəldilib.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 10 ölkəyə aşağıdakılar da daxildir: ABŞ - 231 milyon dollar, Yaponiya - 203,4 milyon dollar, İsveçrə - 156,1 milyon dollar, Norveç - 113,5 milyon dollar və Birləşmiş Ərəb Əmirlikləri - 60,3 milyon dollar.
Bununla yanaşı, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci illə müqayisədə 5,9% artaraq 4 milyard 795,3 milyon dollara çatıb.
Cari əməliyyatların hesabının profisiti
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hesabatında, həmçinin, qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 17,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 4,5 dəfə çoxdur.
2022-ci ilin üçüncü rübündə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 30,7%-ni təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, cari ilin ilk üç rübündə neft-qaz sektoru üzrə profisit 21,4 milyard dollar təşkil edib, qeyri-neft sektoru üzrə 3,7 milyard dollar kəsir yaranıb.