https://sputnik.az/20221215/zaxarova-abs-mesuliyyetden-kenarda-qalmayacaq-449662228.html
Zaxarova: ABŞ məsuliyyətdən kənarda qalmayacaq
Zaxarova: ABŞ məsuliyyətdən kənarda qalmayacaq
Sputnik Azərbaycan
Diplomatik departamentin rəsmi nümayəndəsi Rusiya Federasiyası ərazisində mülki obyektlərin atəşə tutulmasının Kiyevin ABŞ-ın icazəsi ilə həyata keçirdiyinə... 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T14:43+0400
2022-12-15T14:43+0400
2022-12-15T14:44+0400
mariya zaxarova
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426843236_0:0:2933:1649_1920x0_80_0_0_9f46f0f0f59de67c23fcff8cdd439b80.jpg
BAKI, 15 dekabr — Sputnik. Vaşinqton Kiyevin terror aktlarına, o cümlədən Rusiyadakı hədəflərə raket zərbələrinin endirilməsinə görə məsuliyyətdən yayına bilməyəcək. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib. "Praktiki olaraq münaqişənin tərəfinə çevrilmiş Vaşinqton Kiyev rejiminin ABŞ silahlarının vasitəsilə Rusiyanın mülki əhalisinə qarşı törətdiyi ölüm və dağıntılara görə məsuliyyətdən kənarda qalmayacaq", - deyə Zaxarova bildirib. Diplomatik departamentin rəsmi nümayəndəsi Rusiya Federasiyası ərazisində mülki obyektlərin atəşə tutulmasının Kiyevin ABŞ-ın icazəsi ilə həyata keçirdiyinə diqqət çəkib. O bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrini artilleriya və raket sistemlərini peyk kəşfiyyatı məlumatları ilə təmin edir. "Amerikalı jurnalistlər açıq şəkildə yazırlar ki, Pentaqon Rusiya ərazisinə pilotsuz təyyarələrin zərbə endirilməsinə yaşıl işıq yandırıb", - Zaxarova bildirib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426843236_0:0:2731:2048_1920x0_80_0_0_784c377920d1e1644c213fe9f3dd1e98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova: ABŞ məsuliyyətdən kənarda qalmayacaq
14:43 15.12.2022 (Yenilənib: 14:44 15.12.2022) Diplomatik departamentin rəsmi nümayəndəsi Rusiya Federasiyası ərazisində mülki obyektlərin atəşə tutulmasının Kiyevin ABŞ-ın icazəsi ilə həyata keçirdiyinə diqqət çəkib.
BAKI, 15 dekabr — Sputnik. Vaşinqton Kiyevin terror aktlarına, o cümlədən Rusiyadakı hədəflərə raket zərbələrinin endirilməsinə görə məsuliyyətdən yayına bilməyəcək. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib.
"Praktiki olaraq münaqişənin tərəfinə çevrilmiş Vaşinqton Kiyev rejiminin ABŞ silahlarının vasitəsilə Rusiyanın mülki əhalisinə qarşı törətdiyi ölüm və dağıntılara görə məsuliyyətdən kənarda qalmayacaq", - deyə Zaxarova bildirib.
Diplomatik departamentin rəsmi nümayəndəsi Rusiya Federasiyası ərazisində mülki obyektlərin atəşə tutulmasının Kiyevin ABŞ-ın icazəsi ilə həyata keçirdiyinə diqqət çəkib. O bildirib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrini artilleriya və raket sistemlərini peyk kəşfiyyatı məlumatları ilə təmin edir.
"Amerikalı jurnalistlər açıq şəkildə yazırlar ki, Pentaqon Rusiya ərazisinə pilotsuz təyyarələrin zərbə endirilməsinə yaşıl işıq yandırıb", - Zaxarova bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.