Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir: Siniflərdə şagird sıxlığı ilə keyfiyyətli təhsili arasında əlaqə yoxdur

© Sputnik / Murad OrujovMƏktəbdə dərs prosesi, arxiv şəkli
MƏktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2022
Abunə olmaq
Elm və Təhsil naziri Emin Əmrullayev bir-birindən maraqlı açıqlamaları ilə gündəmi zəbt etməyə davam edir.
BAKI, 15 dekabr — Sputnik. Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə şagird sıxlığı probleminə toxunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir siniflərdə şagird sıxlığı ilə keyfiyyətli təhsili əlaqələndirməyin düzgün fikir olmadığını söyləyib:
"Şagird sıxlığı ilə təhsil keyfiyyəti arasında elə də böyük əlaqə yoxdur. Sinifdə 15 uşaq olanda uşaq yaxşı oxuyacaq, 25 uşaq olanda pis oxuyacaq deyə bir şey yoxdur. Sinqapurda sinifdə təhsilin keyfiyyətini müəyyən edən əsas faktor müəllimdir. Təbii ki, 70 nəfərdən danışmıram, 15 və 25 nəfər arasındakı fərqdən danışıram. Sinqapur təhsil sisteminə baxsaq, onlarda şagird sıxlığı bizdən daha çoxdur. 15% sinfimizdə 40-dan çox uşaq var, bunlar da daha yaxşı nəticə göstərən məktəblərdir. Məsələn, Daşkəsəndə hər sinifdə 5-10 uşaq var, amma bu, onların yaxşı nəticə göstərdiyini deməyə əsas vermir. Şagird sıxlığı daha çox Bakı məktəblərində, daha çox rus sektorundakı məktəblərdə olur. Amma biz desək ki, sinif sıxlığını şərti olaraq 25-dən 20-yə salaq, bu zaman bizim təhsilimiz düzələcək, bu, olmayacaq. Bizim fokusumuz müəllimə olmalıdır".
Nazir repetitor məsələsindən də danışıb. O bildirib ki, repetitorlar başqa planetdən gələn adamlar deyil. Onlar eyni müəllim, eyni şagirddir: "Problemin kökünü axtarmalıyıq. Necə olub ki, məktəb müəllimi dərsdən kənarda daha yaxşı nəticə göstərir? Müəllimlərin işə qəbulunu keçirəndən sonra artıq tanışlıqla işə qəbul olmaq istəyənlər azalıb. Bu, birölçülü sistemdir. Mən sistemə o insanı götürürəm ki, imtahanı yaxşı verir. Mən yaxşı danışanı məktəbə götürə bilmirəm. Çünki o vaxt tanışlıqla, xahişlə işə qəbul olmaq istəyənlər artacaq. Biz də sistem olaraq çalışırıq ki, başımız ağrımasın. Sistemdə vahidlik yoxdursa, haqlı və ya haqsız adamlar həmişə nəsə istəyəcəklər. Vahid mexanizmdə isə bir mexanizm olur".
Emin Əmrullayev yaşlı müəllimlərin aqibətinə aydınlıq gətirib: "Hazırda bizim müəllim çatışmazlığı ilə bağlı problemimiz yoxdur. Bizim yeni məzun olacaq müəllimlər üçün də yerimiz var. Əmək və musiqi müəllimləri istisnadır. Mən burada yaş amilini də nəzərə alıram. Bu gün mən 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 25 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram. Datalara baxaq, bu gün müəllimlik ixtisasını bitirənlərin əksəriyyəti də işləmir, orta məktəbdə dərs demir. Ya ailə qurur, ya ixtisasını dəyişir. Digər tərəfdən, deyirlər ki, vakansiyalar azdır. Amma bu, avtomatlaşmış sistemdir. Biz sistemdə kimin nə qədər maaş aldığını görürük. Kimin 65 yaşının gələn il tamam olacağını görürük. Nəzəri olaraq direktorun vakansiyaları gizlətmək imkanları çox məhduddur. Bizim məktəblərdə müəllimlərin sayı ilə siniflərin sayı arasında balans pozulur. Heç də həmişə çıxan bütün müəllimlərin yerinə vakansiya elan etmirik".
Xəbər lenti
0