https://sputnik.az/20221215/mirzoyan-qutteresle-gorusdu-449656807.html
Mirzoyan Quttereşlə görüşdü
Mirzoyan Quttereşlə görüşdü
Sputnik Azərbaycan
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar dekabrın 14-də Nyu-Yorkda baş tutub. 15.12.2022, Sputnik Azərbaycan
2022-12-15T12:26+0400
2022-12-15T12:26+0400
2022-12-15T12:27+0400
ararat mirzoyan
dünya xəbərləri
antonio quterreş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_0:0:2815:1583_1920x0_80_0_0_a5474a9b896b3472fa313d39a299ac76.jpg
BAKI, 15 dekabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar dekabrın 14-də Nyu-Yorkda baş tutub. Mirzoyan regionda baş verən prosesləri, xüsusilə də Laçın dəhlizinin bağlanması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qazın verilişinin dayandırılması və bunun nəticəsində yaranmış vəziyyəti BMT-nin baş katibinin diqqətinə çatıdırıb. Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına hazır olduğunu bildirib. Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434196270_86:0:2815:2047_1920x0_80_0_0_92efc779343217ae73abb9b81560409e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, antonio quterreş
ararat mirzoyan, antonio quterreş
Mirzoyan Quttereşlə görüşdü
12:26 15.12.2022 (Yenilənib: 12:27 15.12.2022) Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar dekabrın 14-də Nyu-Yorkda baş tutub.
BAKI, 15 dekabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb. Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, danışıqlar dekabrın 14-də Nyu-Yorkda baş tutub.
Mirzoyan regionda baş verən prosesləri, xüsusilə də Laçın dəhlizinin bağlanması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qazın verilişinin dayandırılması və bunun nəticəsində yaranmış vəziyyəti BMT-nin baş katibinin diqqətinə çatıdırıb.
Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına hazır olduğunu bildirib.
Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.