Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mikayıl Cabbarov balıqçılıq təsərrüfatına ayrılan vəsaitlər barədə

© Sputnik / Murad OrujovMikayıl Cabbarov
Mikayıl Cabbarov  - Sputnik Azərbaycan, 1920, 15.12.2022
Abunə olmaq
Mikayıl Cabbarov "Twitter" hesabında balıqçılıq təsərrüfatının genişləndirilməsinə büş yüz min manat güzəştli kredit ayrılması haqda paylaşım edib.
BAKI, 15 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Beluqa Astara” MMC-nin təqdim etdiyi, rayonda balıqçılıq təsərrüfatının genişləndirilməsi layihəsinə 500 min manat kredit ayırıb.
Bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.
Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb.
Nizamnamə kapitalı isə 1 007,307 milyon manatdır.
Xəbər lenti
0