SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Şuşa-Xankəndi yolundakı vəziyyət barədə: Rusiya sülhməramlıları cavabdehdir

© AFP 2024 / ADEM ALTANМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Mövlud Çavuşoğlu bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir.
BAKI, 14 dekabr — Sputnik. "Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir:
"Burada əsas vəzifə Rusiya sülhməramlılarının öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Onlar öhdələrinə düşən vəzifəni icra etməlidirlər".
M.Çavuşoğlu deyib ki, Azərbaycan bu məsələdə haqlıdır: "Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik".
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Ekoloji təşkilatların etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 14.12.2022
SİYASƏT
"Qarabağ ermənilərinə məxsus mülki maşınların keçidinə şərait yaratmağa hazırıq"
Xəbər lenti
0