https://sputnik.az/20221214/dunen-azerbaycanda-yol-qezalarinda-bes-nefer-olub-449610660.html
Dünən Azərbaycanda yol qəzalarında beş nəfər ölüb
Dünən Azərbaycanda yol qəzalarında beş nəfər ölüb
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T10:18+0400
2022-12-14T10:18+0400
2022-12-14T10:48+0400
qəza
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42254/17/422541793_0:0:3201:1802_1920x0_80_0_0_ebd02d6019374961fed9e3c06b45b19e.jpg
BAKI, 14 dekabr — Sputnik. Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol nəqliyyat qəzaları nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb".Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı rəqəmlərə görə, cari ilin 9 ayı ərzində ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.Onlardan 599-u həlak olub, 1099-u isə yaralanıb. Hadisələrin 47,1 faizi gündüz, 38,6 faizi gecə, 14,3 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.Yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olub.Bütün yol-nəqliyyat hadisələrinin 40,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42254/17/422541793_470:0:3201:2048_1920x0_80_0_0_8b2e67879681c69cba7560e6d0b5ba21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza
Dünən Azərbaycanda yol qəzalarında beş nəfər ölüb
10:18 14.12.2022 (Yenilənib: 10:48 14.12.2022) Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.
BAKI, 14 dekabr — Sputnik. Ötən gün Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol nəqliyyat qəzaları nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son olaraq açıqladığı rəqəmlərə görə, cari ilin 9 ayı ərzində ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub.
Onlardan 599-u həlak olub, 1099-u isə yaralanıb. Hadisələrin 47,1 faizi gündüz, 38,6 faizi gecə, 14,3 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 40,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.
Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.