https://sputnik.az/20221214/azerbaycan-bmt-nin-4-qetnamesini-tekbasina-yerine-yetirib---ceyhun-bayramov-449626798.html
Azərbaycan BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib - Ceyhun Bayramov
Azərbaycan BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri bildirib ki, bu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsi ilə bərabər olaraq eyni zamanda, regionda yeni imkanlara yol açır. 14.12.2022, Sputnik Azərbaycan
2022-12-14T16:59+0400
2022-12-14T16:59+0400
2022-12-14T16:59+0400
ceyhun bayramov
siyasət
türkmənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296475_0:0:3072:1728_1920x0_80_0_0_fbbe5e42625fb2b069841d80818d7d4e.jpg
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olmuş ərazilərini azad edib. Azərbaycan bununla BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə Görüşünün yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsi ilə bərabər olaraq eyni zamanda, regionda yeni imkanlara yol açır: "Bu mənada Azərbaycan üçün bir nömrəli prioritet hazırda azad edilmiş ərazilərin bərpa, quruculuq işlərini həyata keçirmək və 700 minə yaxın məcburi köçkünün öz doğma vətənlərinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməkdir. Azərbaycan həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir və növbəti 2023-cü ilin yalnız dövlət büdcəsindən 1,8 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Hesab edirik ki, bərpa-quruculuq işlərinin həyata keçirilməsi də birgə işlərin həyata keçirilməsi üçün ölkələrimiz arasında yaxşı imkanlar açır". XİN rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin tam həcmlə işə düşməsi Orta Dəhliz üzrə əlavə imkanların əldə edilməsinə gətirib çıxaracaq. Xatırladaq ki, bu gün Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər. Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub. Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443296475_284:0:3015:2048_1920x0_80_0_0_fd7c78089bd673e3c817a466cc3c6c60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, türkmənistan
ceyhun bayramov, türkmənistan
Azərbaycan BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib - Ceyhun Bayramov
Azərbaycan XİN rəhbəri bildirib ki, bu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsi ilə bərabər olaraq eyni zamanda, regionda yeni imkanlara yol açır.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olmuş ərazilərini azad edib. Azərbaycan bununla BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Zirvə Görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsi ilə bərabər olaraq eyni zamanda, regionda yeni imkanlara yol açır: "Bu mənada Azərbaycan üçün bir nömrəli prioritet hazırda azad edilmiş ərazilərin bərpa, quruculuq işlərini həyata keçirmək və 700 minə yaxın məcburi köçkünün öz doğma vətənlərinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməkdir.
Azərbaycan həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir və növbəti 2023-cü ilin yalnız dövlət büdcəsindən 1,8 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Hesab edirik ki, bərpa-quruculuq işlərinin həyata keçirilməsi də birgə işlərin həyata keçirilməsi üçün ölkələrimiz arasında yaxşı imkanlar açır".
XİN rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin tam həcmlə işə düşməsi Orta Dəhliz üzrə əlavə imkanların əldə edilməsinə gətirib çıxaracaq.
Xatırladaq ki, bu gün Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənın dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iştirak ediblər.
Zirvə görüşündə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş 3 ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq addımlar müzakirə olunub.
Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı gücləndirəcək sənədlər imzalanıb.