https://sputnik.az/20221213/rusiya-ile-munaqise-ukraynanin-silah-ehtiyatlarini-tukedib---financial-times-449582161.html
Rusiya ilə münaqişə Ukraynanın silah ehtiyatlarını tükədib - "Financial Times"
Rusiya ilə münaqişə Ukraynanın silah ehtiyatlarını tükədib - "Financial Times"
Sputnik Azərbaycan
Nəşrin yazdığına görə, xüsusilə, söhbət Ukraynanın hava hücumundan müdafiəsinin əsasını təşkil edən S-300 və Buk zenit-raket kompleksləri üçün sursat və... 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T16:29+0400
2022-12-13T16:29+0400
2022-12-13T16:29+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
silah
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445710188_0:320:3072:2048_1920x0_80_0_0_83f722d9c4794a9d94a75fdacbcd0573.jpg
BAKI, 13 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri Rusiya ilə münaqişə fonunda silah ehtiyatlarının tükənməsi ilə üzləşib. Bu barədə "Financial Times" Ukrayna ordusunun nümayəndələrinin məlumatına istinadən xəbər verir.Nəşrin yazdığına görə, xüsusilə, söhbət Ukraynanın hava hücumundan müdafiəsinin əsasını təşkil edən S-300 və Buk zenit-raket kompleksləri üçün sursat və ehtiyat hissələrdən gedir.Eyni zamanda, Rusiya tərəfi qanadlı raketlərin böyük arsenalına malikdir. Məqalədə Kiyevdəki "Razumkov" analitik mərkəzinin əməkdaşı Oleksiy Melnikin Rusiyanın raketlərin tükənməsi ilə bağlı fərziyyələr yürütməyin yaxşı strategiya olmadığını vurğulayan bəyanatına istinad edilib.Bundan əvvəl Avropa İttifaqının (Aİ) Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunun büdcəsini iki milyard avro artırmaq qərarına gəldiyi bildirilib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, bu qərar Aİ-yə Ukrayna silahlı qüvvələrinə hərbi dəstək verməyə davam etmək üçün maliyyə təmin edəcək.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445710188_85:0:2816:2048_1920x0_80_0_0_c2c79f089865be42df0e4ef0e08d333f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, silah
Rusiya ilə münaqişə Ukraynanın silah ehtiyatlarını tükədib - "Financial Times"
Nəşrin yazdığına görə, xüsusilə, söhbət Ukraynanın hava hücumundan müdafiəsinin əsasını təşkil edən S-300 və Buk zenit-raket kompleksləri üçün sursat və ehtiyat hissələrdən gedir.
BAKI, 13 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələri Rusiya ilə münaqişə fonunda silah ehtiyatlarının tükənməsi ilə üzləşib. Bu barədə "Financial Times" Ukrayna ordusunun nümayəndələrinin məlumatına istinadən xəbər verir.
Nəşrin yazdığına görə, xüsusilə, söhbət Ukraynanın hava hücumundan müdafiəsinin əsasını təşkil edən S-300 və Buk zenit-raket kompleksləri üçün sursat və ehtiyat hissələrdən gedir.
Eyni zamanda, Rusiya tərəfi qanadlı raketlərin böyük arsenalına malikdir. Məqalədə Kiyevdəki "Razumkov" analitik mərkəzinin əməkdaşı Oleksiy Melnikin Rusiyanın raketlərin tükənməsi ilə bağlı fərziyyələr yürütməyin yaxşı strategiya olmadığını vurğulayan bəyanatına istinad edilib.
Bundan əvvəl Avropa İttifaqının (Aİ) Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunun büdcəsini iki milyard avro artırmaq qərarına gəldiyi bildirilib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, bu qərar Aİ-yə Ukrayna silahlı qüvvələrinə hərbi dəstək verməyə davam etmək üçün maliyyə təmin edəcək.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.