https://sputnik.az/20221213/peskov-zaes-de-rusiyanin-agir-silahlari-olmayib-ve-yoxdur-449581758.html
Peskov: ZAES-də Rusiyanın ağır silahları olmayıb və yoxdur
Peskov: ZAES-də Rusiyanın ağır silahları olmayıb və yoxdur
Sputnik Azərbaycan
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron deyib ki, BAEA ağır və yüngül silahların ZAES ərazisindən çıxarılmasına nail olub. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T14:56+0400
2022-12-13T14:56+0400
2022-12-13T15:29+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
zaporojye
aes
ukrayna
silah
dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 13 dekabr — Sputnik. Rusiya ağır silahları Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) olmayıb və yoxdur, Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə stansiyaların təhlükəsizliyi məsələsində əlaqələri davam etdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron deyib ki, BAEA ağır və yüngül silahların ZAES ərazisindən çıxarılmasına nail olub."Prezident Putinin stansiyanın özündə heç bir ağır silah olmadığı barədə sözlərini sizə xatırlatmaq istəyirəm və bunu gecə-gündüz orada olan BAEA əməkdaşları da aydın şəkildə təsdiq edə bilər", - Peskov bildirib.O əlavə edib ki, Rusiya təhlükəsizlik mövzusunda beynəlxalq təşkilatla əlaqələri davam etdirir."Biz BAEA ilə əlaqələri davam etdiririk, bu təmaslarda maraqlıyıq, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksək qiymətləndiririk və davam etdirəcəyik", - Rusiya liderinin sözçüsü bildirib.Bir gün əvvəl BAEA rəhbəri Rafael Qrossi bildirmişdi ki, Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması üzrə işlər davam edir.Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. Mart ayından Rusiya hərbçilərinin nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.Ukrayna hərbçiləri Enerqodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyev rejimi ZAES-i məqsədyönlü şəkildə atəşə tutmağa davam etməklə nüvə fəlakəti təhlükəsi görüntüsü yaratmağa çalışır.Bundan əvvəl Kreml bəyan etmişdi ki, Ukraynadan ZAES-ə atəşi dayandırmağı tələb etmək lazımdır. Ötən həftə Moskva ZAES ətrafındakı təhlükəsizlik zonasında ciddi dəyişikliklərin olmadığını açıqlayıb. Qrossinin sözlərinə görə, Zaporojye AES ətrafında vəziyyət həssas və potensial təhlükəli olaraq qalır.Rusiya Xarici İşlər Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, tərəflərin Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı Rusiya Federasiyası ilə Ukrayna arasında saziş üzrə razılığa gəlməyə yaxın olduğunu söyləmək tezdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zaporojye, aes, ukrayna, silah, dmitri peskov
zaporojye, aes, ukrayna, silah, dmitri peskov
Peskov: ZAES-də Rusiyanın ağır silahları olmayıb və yoxdur
14:56 13.12.2022 (Yenilənib: 15:29 13.12.2022) Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron deyib ki, BAEA ağır və yüngül silahların ZAES ərazisindən çıxarılmasına nail olub.
BAKI, 13 dekabr — Sputnik. Rusiya ağır silahları Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) olmayıb və yoxdur, Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə stansiyaların təhlükəsizliyi məsələsində əlaqələri davam etdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron deyib ki, BAEA ağır və yüngül silahların ZAES ərazisindən çıxarılmasına nail olub.
"Prezident Putinin stansiyanın özündə heç bir ağır silah olmadığı barədə sözlərini sizə xatırlatmaq istəyirəm və bunu gecə-gündüz orada olan BAEA əməkdaşları da aydın şəkildə təsdiq edə bilər", - Peskov bildirib.
O əlavə edib ki, Rusiya təhlükəsizlik mövzusunda beynəlxalq təşkilatla əlaqələri davam etdirir.
"Biz BAEA ilə əlaqələri davam etdiririk, bu təmaslarda maraqlıyıq, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksək qiymətləndiririk və davam etdirəcəyik", - Rusiya liderinin sözçüsü bildirib.
Bir gün əvvəl BAEA rəhbəri Rafael Qrossi bildirmişdi ki, Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması üzrə işlər davam edir.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. Mart ayından Rusiya hərbçilərinin nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Ukrayna hərbçiləri Enerqodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyev rejimi ZAES-i məqsədyönlü şəkildə atəşə tutmağa davam etməklə nüvə fəlakəti təhlükəsi görüntüsü yaratmağa çalışır.
Bundan əvvəl Kreml bəyan etmişdi ki, Ukraynadan ZAES-ə atəşi dayandırmağı tələb etmək lazımdır. Ötən həftə Moskva ZAES ətrafındakı təhlükəsizlik zonasında ciddi dəyişikliklərin olmadığını açıqlayıb. Qrossinin sözlərinə görə, Zaporojye AES ətrafında vəziyyət həssas və potensial təhlükəli olaraq qalır.
Rusiya Xarici İşlər Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, tərəflərin Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı Rusiya Federasiyası ilə Ukrayna arasında saziş üzrə razılığa gəlməyə yaxın olduğunu söyləmək tezdir.