https://sputnik.az/20221213/pasinyan-tehlukesizlik-surasini-topladi-449579055.html
Paşinyan Təhlükəsizlik Şurasını topladı
Paşinyan Təhlükəsizlik Şurasını topladı
Sputnik Azərbaycan
İclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, Prezident Vaaqn Xaçatryan, spiker Alen Simonyan da iştirak ediblər. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T13:33+0400
2022-12-13T13:33+0400
2022-12-13T13:46+0400
dünya xəbərləri
ermənistan
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_0:0:2915:1640_1920x0_80_0_0_1396018eb66194d4fe9350a88978b0ac.jpg
BAKI, 13 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.İclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, Prezident Vaaqn Xaçatryan, spiker Alen Simonyan, Baş nazirin aparat rəhbəri Araik Arutunyan və parlamentin "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Ayk Koncoryan iştirak edib.İclasda regiondakı vəziyyət, o cümlədən Laçın yolundakı son situasiya müzakirə olunub.Ötən gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_92:0:2823:2048_1920x0_80_0_0_f3eb25fde1e1d8bd74802185e58a979a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, təhlükəsizlik şurası
ermənistan, təhlükəsizlik şurası
Paşinyan Təhlükəsizlik Şurasını topladı
13:33 13.12.2022 (Yenilənib: 13:46 13.12.2022) İclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, Prezident Vaaqn Xaçatryan, spiker Alen Simonyan da iştirak ediblər.
BAKI, 13 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
İclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, Prezident Vaaqn Xaçatryan, spiker Alen Simonyan, Baş nazirin aparat rəhbəri Araik Arutunyan və parlamentin "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Ayk Koncoryan iştirak edib.
İclasda regiondakı vəziyyət, o cümlədən Laçın yolundakı son situasiya müzakirə olunub.
Ötən gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.
Aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımi tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.