https://sputnik.az/20221213/magistraturaya-qebul-imtahaninin-vaxti-aciqlanib-449573037.html
Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb
Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb
Sputnik Azərbaycan
İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq. 13.12.2022, Sputnik Azərbaycan
2022-12-13T12:13+0400
2022-12-13T12:13+0400
2022-12-13T12:13+0400
magistratura
təhsil
qəbul
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510792_0:160:3073:1888_1920x0_80_0_0_ae7d4c363433d0e94e68ecad801b1d88.jpg
BAKI, 13 dekabr — Sputnik. "Magist" jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. İstifadəçilər hər bir fənn üzrə jurnalda verilən "QR"kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərlər.Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.Qeyd edək ki, magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.Bakalavrların nəzərinə çatdırırıq ki, hazırda onlar otk.az portalına daxil olub, DİM tərəfindən hazırlanmış imtahan modelinə uyğun onlayn sınaq imtahanında iştirak edə bilərlər.Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə "otk.az"da "Təlimatlar" bölməsində tanış ola bilərsiniz.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510792_170:0:2901:2048_1920x0_80_0_0_22eb2d761b8abd7d33321a6872550e63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
magistratura, qəbul, azərbaycan
magistratura, qəbul, azərbaycan
Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb
İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.
BAKI, 13 dekabr — Sputnik. "Magist" jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib. İstifadəçilər hər bir fənn üzrə jurnalda verilən "QR"kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərlər.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.
Bakalavrların nəzərinə çatdırırıq ki, hazırda onlar otk.az portalına daxil olub, DİM tərəfindən hazırlanmış imtahan modelinə uyğun onlayn sınaq imtahanında iştirak edə bilərlər.
Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə "otk.az"da "Təlimatlar" bölməsində tanış ola bilərsiniz.