https://sputnik.az/20221212/boyuk-britaniya-parlamentarileri-6-ci-sinif-imtahanindan-kece-bilmeyibler-449531194.html
Böyük Britaniya parlamentariləri 6-cı sinif imtahanından keçə bilməyiblər
Böyük Britaniya parlamentariləri 6-cı sinif imtahanından keçə bilməyiblər
Sputnik Azərbaycan
Məqalədə qeyd olunub ki, deputatların yalnız 44%-i riyaziyyatdan lazımi səviyyəyə çatıb; orfoqrafiya, durğu işarələri və qrammatikadan isə 50% testdən keçə... 12.12.2022, Sputnik Azərbaycan
2022-12-12T11:33+0400
2022-12-12T11:33+0400
2022-12-12T11:49+0400
böyük britaniya
dünya xəbərləri
sinif
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449531038_0:0:3071:1728_1920x0_80_0_0_96518eafda51d523cd317b499ea85bee.jpg
BAKI, 12 dekabr — Sputnik. Böyük Britaniyada parlamentarilər, uzun müddətdir pedaqoqlar və valideynlər arasında mübahisə mövzusuna çevrilmiş 6-cı sinif şagirdləri üçün test imtahanının öhdəsindən gələ bilməyiblər."The Guardian" qəzeti bu barədə yazır.Zarafatla "2022-ci ilin Vestminster sinfi" adlandırılan ölkə parlamentinin üzvləri bu il sınaqların mürəkkəbliyini özləri üçün yoxlamaq qərarına gəliblər və nəticədə böyük uğursuzluqla üzləşiblər."Deputatların yalnız 44%-i riyaziyyatdan lazımi səviyyəyə çatıb; orfoqrafiya, durğu işarələri və qrammatikadan isə 50% testdən keçə bilib" - deyə məqalədə qeyd olunub.Eyni zamanda, bu yay "Key Stage 2" imtahanında iştirak edən 10-11 yaşlı şagirdlərin nəticələri daha yüksək olub, orta hesabla uşaqların 59%-i testlərdən keçib.Mütəxəssislər britaniyalı şagirdlərin göstəricilərinin ildən-ilə aşağı düşdüyünə diqqət çəkiblər. Belə ki, 2019-cu ildə 6-cı sinif şagirdlərinin 65%-i testlərdən keçib. Ən çox bilik səviyyəsi aztəminatlı ailələrin uşaqlarının payına düşür ki, bu da gələcəkdə cəmiyyətin daha da təbəqələşməsinə təhlükə yaradır.Bundan əvvəl Rusiya Təhsil Akadeiyasının (RTA) prezidenti Olqa Vasilyeva bildirmişdi ki, rusiyalı məktəblilərin yüksək akademik yükü var və onlar ev tapşırıqlarına çox vaxt sərf edirlər. Lakin bunun səbəbi uşaqların funksional savadının olmaması və onların diqqətini yayındırmaq üçün heç də həmişə kifayət qədər imkanlarının olmamasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0c/449531038_0:0:2731:2048_1920x0_80_0_0_892408a486b237a157dee6514951f7fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
böyük britaniya, sinif
Böyük Britaniya parlamentariləri 6-cı sinif imtahanından keçə bilməyiblər
11:33 12.12.2022 (Yenilənib: 11:49 12.12.2022) Məqalədə qeyd olunub ki, deputatların yalnız 44%-i riyaziyyatdan lazımi səviyyəyə çatıb; orfoqrafiya, durğu işarələri və qrammatikadan isə 50% testdən keçə bilib.
BAKI, 12 dekabr — Sputnik. Böyük Britaniyada parlamentarilər, uzun müddətdir pedaqoqlar və valideynlər arasında mübahisə mövzusuna çevrilmiş 6-cı sinif şagirdləri üçün test imtahanının öhdəsindən gələ bilməyiblər.
"The Guardian" qəzeti bu barədə yazır.
Zarafatla "2022-ci ilin Vestminster sinfi" adlandırılan ölkə parlamentinin üzvləri bu il sınaqların mürəkkəbliyini özləri üçün yoxlamaq qərarına gəliblər və nəticədə böyük uğursuzluqla üzləşiblər.
"Deputatların yalnız 44%-i riyaziyyatdan lazımi səviyyəyə çatıb; orfoqrafiya, durğu işarələri və qrammatikadan isə 50% testdən keçə bilib" - deyə məqalədə qeyd olunub.
Eyni zamanda, bu yay "Key Stage 2" imtahanında iştirak edən 10-11 yaşlı şagirdlərin nəticələri daha yüksək olub, orta hesabla uşaqların 59%-i testlərdən keçib.
Mütəxəssislər britaniyalı şagirdlərin göstəricilərinin ildən-ilə aşağı düşdüyünə diqqət çəkiblər. Belə ki, 2019-cu ildə 6-cı sinif şagirdlərinin 65%-i testlərdən keçib. Ən çox bilik səviyyəsi aztəminatlı ailələrin uşaqlarının payına düşür ki, bu da gələcəkdə cəmiyyətin daha da təbəqələşməsinə təhlükə yaradır.
Bundan əvvəl Rusiya Təhsil Akadeiyasının (RTA) prezidenti Olqa Vasilyeva bildirmişdi ki, rusiyalı məktəblilərin yüksək akademik yükü var və onlar ev tapşırıqlarına çox vaxt sərf edirlər. Lakin bunun səbəbi uşaqların funksional savadının olmaması və onların diqqətini yayındırmaq üçün heç də həmişə kifayət qədər imkanlarının olmamasıdır.