https://sputnik.az/20221211/-azerbaycan-oxucusu-ucun-daha-bir-imkan---4000-elektron-kitab-ve-1000-audiokitab-449505801.html
Azərbaycan oxucusu üçün daha bir imkan - 4000 elektron kitab və 1000 audiokitab
Azərbaycan oxucusu üçün daha bir imkan - 4000 elektron kitab və 1000 audiokitab
Sputnik Azərbaycan
Cari ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi Litres.az servisində əlçatan olacaq. 11.12.2022, Sputnik Azərbaycan
2022-12-11T08:33+0400
2022-12-11T08:33+0400
2022-12-11T08:33+0400
rusiya
kitab
elektron
azərbaycan
rusiya
https://cdnn1.img.sputnik.az/img/40900/99/409009965_0:220:3075:1950_1920x0_80_0_0_94dc630a9d092af2b9de5c5887d43345.jpg
BAKI, 11 dekabr - Sputnik. Rusiyada və bütün MDB məkanında ən iri kitab servisi olan “LitRes” LitRes.az saytını, habelə Android və İOS platformaları üçün mobil əlavəni Azərbaycan auditoriyası üçün istifadəyə verib.Azərtac Rusiya kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu saytın istifadəçiləri üçün Azərbaycan dilində olan 4000 elektron kitab və 1000 audiokitab əlçatan olacaq. Bundan əlavə, istifadəçilər rusdilli kataloqdan olan əsərləri oxumaq və dinləmək imkanı qazanacaqlar.Litres.az servisi ölkədə Azərbaycan dilində kitabların kataloquna görə ən böyük saytdır. 2022-ci ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi bu saytda əlçatan olacaq.“LitRes” şirkətlər qrupunun baş direktoru Sergey Anuryev bu hadisəni şərh edərək deyib:“Biz planlaşdırırıq ki, “LitRes” Azərbaycanda elektron və audio kitablar bazarının ən iri oyunçusu olacaq, burada çox böyük artım potensialı görürük. Ölkədə rəqəmsal kitablar bazarının həcmi ildə 2-3 milyon dollara çata bilər. Bu, ilk növbədə “LitRes”in Azərbaycan auditoriyasında yayılması, habelə naşirlərin bu kontent formasına marağı, istifadəçilərin elektron və audiokitablara tələbatı sayəsində mümkün olacaq. Bizim vəzifəmiz Azərbaycanda rəqəmsal kitablar bazarını inkişaf etdirmək, lokal müəllifləri, nəşriyyatları və oxucuları dəstəkləməkdir".Qeyd edək ki, servisin Rusiya versiyasında əlçatan olan funksiyaların çoxu Azərbaycan versiyasında da reallaşdırılıb.İstifadəçilər, məsələn, xoşladıqları sitatları şəxsi kolleksiyasında saxlamaq imkanı əldə edəcəklər. Bundan əlavə, lokal auditoriya üçün eksklüziv kontent yaradılması nəzərdə tutulur.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40900/99/409009965_91:0:2822:2048_1920x0_80_0_0_bd71f2f510081966af422ebb76d0fa19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kitab, elektron, azərbaycan, rusiya
kitab, elektron, azərbaycan, rusiya
Azərbaycan oxucusu üçün daha bir imkan - 4000 elektron kitab və 1000 audiokitab
Cari ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi Litres.az servisində əlçatan olacaq.
BAKI, 11 dekabr - Sputnik. Rusiyada və bütün MDB məkanında ən iri kitab servisi olan “LitRes” LitRes.az saytını, habelə Android və İOS platformaları üçün mobil əlavəni Azərbaycan auditoriyası üçün istifadəyə verib.
Azərtac Rusiya kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, bu saytın istifadəçiləri üçün Azərbaycan dilində olan 4000 elektron kitab və 1000 audiokitab əlçatan olacaq. Bundan əlavə, istifadəçilər rusdilli kataloqdan olan əsərləri oxumaq və dinləmək imkanı qazanacaqlar.
Litres.az servisi ölkədə Azərbaycan dilində kitabların kataloquna görə ən böyük saytdır. 2022-ci ilin sonuna qədər Azərbaycan dilində dərc edilən bütün kontentin 90 faizi bu saytda əlçatan olacaq.
“LitRes” şirkətlər qrupunun baş direktoru Sergey Anuryev bu hadisəni şərh edərək deyib:
“Biz planlaşdırırıq ki, “LitRes” Azərbaycanda elektron və audio kitablar bazarının ən iri oyunçusu olacaq, burada çox böyük artım potensialı görürük. Ölkədə rəqəmsal kitablar bazarının həcmi ildə 2-3 milyon dollara çata bilər. Bu, ilk növbədə “LitRes”in Azərbaycan auditoriyasında yayılması, habelə naşirlərin bu kontent formasına marağı, istifadəçilərin elektron və audiokitablara tələbatı sayəsində mümkün olacaq. Bizim vəzifəmiz Azərbaycanda rəqəmsal kitablar bazarını inkişaf etdirmək, lokal müəllifləri, nəşriyyatları və oxucuları dəstəkləməkdir".
Qeyd edək ki, servisin Rusiya versiyasında əlçatan olan funksiyaların çoxu Azərbaycan versiyasında da reallaşdırılıb.
İstifadəçilər, məsələn, xoşladıqları sitatları şəxsi kolleksiyasında saxlamaq imkanı əldə edəcəklər. Bundan əlavə, lokal auditoriya üçün eksklüziv kontent yaradılması nəzərdə tutulur.