Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycandan qaz Balkanlara necə çatacaq

Abunə olmaq
Azərbaycan qazının Balkan ölkələrinə tədarükü üçün təxminən 5 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik olan İon-Adriatik boru kəmərinin (IAP) tikintisi planlaşdırılır. Balkanlara qazın nəqli marşrutu haqqında ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyaya səfəri zamanı bildirib ki, Azərbaycan Albaniyanın qaz sənayesinə, xüsusən də qazlaşdırılmasına sərmayə qoymağa hazırdır.
Bu yaxınlarda bir sıra digər Balkan ölkələri də Azərbaycandan qaz almaq niyyətində olduqlarını bəyan ediblər. Azərbaycan qazının Balkan ölkələrinə gələcək tədarükü üçün ildə təxminən 5 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik olan İon-Adriatik boru kəmərinin (IAP) tikintisi nəzərdə tutulur.
IAP-ın Albaniya ərazisindəki TAP-a birləşdiriləcəyi və qazın onun vasitəsilə Monteneqro, Bosniya və Herseqovinaya nəql olunacağı, Xorvatiyanın isə onun son nöqtəsi olacağı gözlənilir.
Ümumi dəyəri təxminən 620 milyon avro olan İon-Adriatik boru kəmərinin tikintisinə dair saziş 2007-ci ildə imzalanıb. Layihənin icrası və istifadəyə verilməsinin son tarixi 2025-ci ildir.
Xəbər lenti
0