https://sputnik.az/20221208/i-qarabag-muharibesi-ile-bagli-elilliyi-mueyyen-edilmis-sexslere-birdefelik-odeme-verilib-449412570.html
I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmə verilib
I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmə verilib
Sputnik Azərbaycan
Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə... 08.12.2022, Sputnik Azərbaycan
2022-12-08T16:54+0400
2022-12-08T16:54+0400
2022-12-08T16:54+0400
sosial
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123675_0:0:3078:1731_1920x0_80_0_0_fbe3d368bde31346318e06f1bd77aeec.jpg
BAKI, 8 dekabr — Sputnik. I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123675_347:0:3078:2048_1920x0_80_0_0_92df3e76190f28acd75ed23889aef585.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sosial, əmək və əhalinin sosial müdafiə nazirliyi, qarabağ
sosial, əmək və əhalinin sosial müdafiə nazirliyi, qarabağ
I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmə verilib
Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.
BAKI, 8 dekabr — Sputnik. I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.
Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.
Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.