Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Əliyevlə Paşinyan arasında görüş üçün lazımi yardımı göstərməyə hazırdır - Peskov

© Sputnik / Владимир АстапковичDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.
BAKI, 7 dekabr - Sputnik. Rusiya Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşünün öz ərazisində keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq”, – deyə Peskov Əliyevlə Paşinyan arasında görüşün ilin sonuna qədər Rusiyada keçirilməsinin mümkün olub-olmaması sualına cavab verib.
O, həmçinin qeyd edib ki, əgər belə bir görüş barədə müəyyən anlaşma olsa, o zaman bu barədə məlumat veriləcək.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi əmin edib ki, Yerevan iki liderin görüşünə hazırdır - lakin dördtərəfli formatda, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin iştirakı ilə.
Azərbaycan prezidenti İlham Əliyev bir müddət əvvəl Brüsseldə Paşinyanla dekabra planlaşdırılan görüşün baş tutmayacağını bildirib.
Xəbər lenti
0