https://sputnik.az/20221207/kommunikasiyalarin-acilmasinda-a-nin-deyil-rusiyanin-istiraki-vacibdir---deputat-449369645.html
Kommunikasiyaların açılmasında Aİ-nin deyil, Rusiyanın iştirakı vacibdir - deputat
Kommunikasiyaların açılmasında Aİ-nin deyil, Rusiyanın iştirakı vacibdir - deputat
Sputnik Azərbaycan
Politoloq bildirir ki, "Ermənistandakı Sorosçu və Qərb imperialistlərinə bağlı olan indiki hakimiyyət prosesi sabotaj etməyə davam edir" - Rusiya Ermənistana... 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T12:53+0400
2022-12-07T12:53+0400
2022-12-07T13:18+0400
siyasət
milli məclis
ermənistan
azərbaycan
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_0:0:3148:1771_1920x0_80_0_0_118bba88b0a68f0db9d249b504f0bbe2.jpg
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirildi. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğuladılar.Sputnik Azərbaycan Moskva görüşü ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Tural İsmayılovun fikirlərini öyrənib.Deputat Rasim Musabəyov bildirib ki, bu görüşlərlə bağlı hər hansı nəticələrin əldə olunması elan edilməsə də, tənqidi fikirlər səsləndirilsə də, münasibətlərin normallaşdırılması istiqamətində proses davam edir:Onun sözlərinə görə, Azərbaycan və Ermənistan danışıqları üçün platformanım olması vacibdir:Politoloq Tural İsmayılov isə bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycanın konkret iddiası var:"Azərbaycan otuz il Ermənistanın aqressiyası və işğalçılıq siyasəti ilə üz-üzə qalsa da, yeni reallıqlar şəraitində bölgədə qalıcı sülhün təmin olunmasında maraqlıdır. Azərbaycan regionun stabillik bölgəsi olmasında maraqlı olduğunu dəfələrlə bildirib. Buna baxmayaraq Ermənistandakı Sorosçu və Qərb imperialistlərinə bağlı olan indiki hakimiyyət prosesi sabotaj etməyə davam edir".Politoloq onu da qeyd edib ki, Fransanın təhrikləri və Qərbdən müəyyən qüvvələrin təzyiqləri ilə Ermənistan bölgədə gərginliyin qalmağında maraqlı olduğunu hər dəfə nümayiş etdirir:Tural İsmayılov həmçinin deyib ki, Azərbayca-Ermənistan münasibətləri normallaşmadan "3+3" formatının reallaşması da o qədər asan görünmür:"Yekun sülh müqaviləsinin imzalanması üçün Moskvada keçirilən görüşlərin xüsusi əhəmiyyəti var. Biz onu da görürük ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu prosesdə ləng davranır. Xüsusilə də Fransanın təhriki ilə pozucu fəaliyyətlə məşğul olur. Bizim gözləntimiz odur ki, Rusiya Ermənistana daha çox təzyiq göstərsin. Qərb imperialistlərinin vasitəsilə Sorosçu Ermənistan hakimiyyətinin bölgəyə gətirdiyi sabotajçı əhval-ruhiyənin qarşısı alınmalıdır. Hesab edirəm ki, bunlar baş verərsə, ilin sonuna qədər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında irəliləyiş əldə oluna bilər. Əksi olacağı təqdirdə bu, Ermənistanın tək Azərbaycana deyil, bölgənin digər ölkələrinə o cümlədən Rusiyaya qarşı fəaliyyəti hesab edilməlidir".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_417:0:3148:2048_1920x0_80_0_0_f14f3a5cc2f172dce3d4c79ae780d1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
milli məclis, ermənistan, azərbaycan, rusiya
milli məclis, ermənistan, azərbaycan, rusiya
Kommunikasiyaların açılmasında Aİ-nin deyil, Rusiyanın iştirakı vacibdir - deputat
12:53 07.12.2022 (Yenilənib: 13:18 07.12.2022) Politoloq bildirir ki, "Ermənistandakı Sorosçu və Qərb imperialistlərinə bağlı olan indiki hakimiyyət prosesi sabotaj etməyə davam edir" - Rusiya Ermənistana daha çox təzyiq göstərməlidir.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 6-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrupunun on birinci iclası keçirildi. Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında, eləcə də iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına yönəlmiş səylər məsələsində Rusiyanın müsbət rolunu vurğuladılar.
Sputnik Azərbaycan Moskva görüşü ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq Tural İsmayılovun fikirlərini öyrənib.
Deputat Rasim Musabəyov bildirib ki, bu görüşlərlə bağlı hər hansı nəticələrin əldə olunması elan edilməsə də, tənqidi fikirlər səsləndirilsə də, münasibətlərin normallaşdırılması istiqamətində proses davam edir:
"Biz bu görüşdən öncə Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşünü diqqətdən kənara qoya bilmərik. İstisna olunmur ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilin sonuna qədər də görüşü baş tuta bilər. Bu o deməkdir ki, həm sülh müqaviləsi, həm sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı tənqidlərə baxmayaraq, işlər gedir".
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan danışıqları üçün platformanım olması vacibdir:
"Burada əsas iki platforma – Moskva və Vaşinqton ortaya çıxır. Vaşinqtonda daha çox sülh müqaviləsinin hazırlanıb imzalanmasına üstünlük verilir. Amma bölgədə Rusiyanın mövcudluğu nəzərə alınmalıdır. Biz bilirik ki, Rusiyanın Ermənistanda mövcudluğu özünü daha qabarıq şəkildə göstərir. Bu ölkənin sərhədlərinin mühafizəsini Rusiya hərbçiləri həyata keçirir, eyni zamanda Ermənistan dəmiryolları Rusiyanın nəzarətindədir. Belə olan halda sərhəd məsələləri, kommunikasiyaların açılması məsələlərinin həlli Rusiyanın iştirakını vacib edir. Amma Avropa İttifaqının bu prosesdə olub-olmaması o qədər də əhəmiyyətli deyil".
Politoloq Tural İsmayılov isə bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycanın konkret iddiası var:
"Azərbaycan otuz il Ermənistanın aqressiyası və işğalçılıq siyasəti ilə üz-üzə qalsa da, yeni reallıqlar şəraitində bölgədə qalıcı sülhün təmin olunmasında maraqlıdır. Azərbaycan regionun stabillik bölgəsi olmasında maraqlı olduğunu dəfələrlə bildirib. Buna baxmayaraq Ermənistandakı Sorosçu və Qərb imperialistlərinə bağlı olan indiki hakimiyyət prosesi sabotaj etməyə davam edir".
Politoloq onu da qeyd edib ki, Fransanın təhrikləri və Qərbdən müəyyən qüvvələrin təzyiqləri ilə Ermənistan bölgədə gərginliyin qalmağında maraqlı olduğunu hər dəfə nümayiş etdirir:
"Bu baxımdan Moskvada üç ölkənin baş nazirlərinin müavinlərinin keçirilmiş görüşlərinin münasibətlərin normallaşdırılması baxımından müsbət təsir göstərəcəyinə inanıram. Əgər münasibətlərin normallaşması prioritet olaraq elan edilibsə, bu baxımdan görüşlərin tez-tez keçirilməsi labüddür. Ümumiyyətlə bu görüşlər nəticəli olmalıdır".
Tural İsmayılov həmçinin deyib ki, Azərbayca-Ermənistan münasibətləri normallaşmadan "3+3" formatının reallaşması da o qədər asan görünmür:
"Yekun sülh müqaviləsinin imzalanması üçün Moskvada keçirilən görüşlərin xüsusi əhəmiyyəti var. Biz onu da görürük ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu prosesdə ləng davranır. Xüsusilə də Fransanın təhriki ilə pozucu fəaliyyətlə məşğul olur. Bizim gözləntimiz odur ki, Rusiya Ermənistana daha çox təzyiq göstərsin. Qərb imperialistlərinin vasitəsilə Sorosçu Ermənistan hakimiyyətinin bölgəyə gətirdiyi sabotajçı əhval-ruhiyənin qarşısı alınmalıdır. Hesab edirəm ki, bunlar baş verərsə, ilin sonuna qədər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında irəliləyiş əldə oluna bilər. Əksi olacağı təqdirdə bu, Ermənistanın tək Azərbaycana deyil, bölgənin digər ölkələrinə o cümlədən Rusiyaya qarşı fəaliyyəti hesab edilməlidir".