Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Rəşad Mahmudov: "Bəzi dərmanların tapılmaması halları həkimlər üçün problem yaradır"

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir.
BAKI, 6 dekabr - Sputnik. “Son zamanlar Azərbaycanda bəzi dərmanların tapılmaması halları həkimlər üçün problemlər yaradır, pasiyentlərin müalicəsinin gedişatında sıxıntılara səbəb olur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
O bildirib ki, bu problemin həlli labüddür: “Problemin həlli üçün əvvəlcə səbəbləri dəqiqləşdirmək lazımdır. Birinci səbəb pandemiyanın dünya üçün yaratdığı sıxıntılar, logistika xərclərinin ən yüksək səviyyəyə çatmasıdır. Ukrayna-Rusiya münaqişəsi də bu ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir”.
“Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyadakı reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir”, - deyə deputat əlavə edib.
Xəbər lenti
0