Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Prezidentlər "Qardaş yumruğu" təlimində iştirak edənləri təbrik ediblər - VİDEO

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib
BAKI, 6 dekabr — Sputnik. "Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.
Qeyd edək ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.
Xəbər lenti
0