https://sputnik.az/20221205/dovlet-budcesinde-naxcivan-ucun-ayrilan-dotasiyanin-meblegi-artirilir-449296912.html
Dövlət büdcəsində Naxçıvan üçün ayrılan dotasiyanın məbləği artırılır
Dövlət büdcəsində Naxçıvan üçün ayrılan dotasiyanın məbləği artırılır
Sputnik Azərbaycan
Nazir bildirib ki, muxtar respublikanın gəlirləri 132,3 milyon manat, xərcləri isə 614,7 milyon manat səviyyəsində olacaq. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T15:43+0400
2022-12-05T15:43+0400
2022-12-05T15:43+0400
naxçıvan
cəmiyyət
büdcə
dotasiya
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 5 dekabr — Sputnik. Dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının xərcləri üçün ayrılan dotasiyanın məbləği bir qədər artırılaraq 482,4 milyon manat təşkil edəcək.Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasında deyib.O bildirib ki, eyni zamanda, muxtar respublikanın gəlir və xərcləri ilkin dürüstləşməyə nisbətən müvafiq olaraq gəlirləri 132,3 milyon manat, xərcləri isə 614,7 milyon manat səviyyəsində olacaq."Bu dəyişikliklərlə 2023-cü ilin dövlət büdcəsinin qanun layihəsində gəlir və xərclər də müvafiq olaraq 53,2 milyon manat artırılacaq. Onu da qeyd etmək istərdim ki, kəsrdə hər hansı dəyişikliklər baş vermir. İcmal büdcəsinin gəlirləri və xərcləri də eyni səviyyədə təşkil edəcək. Bütövlükdə sadalananlarla bağlı qanun layihəsində bəzi maddələrə də müvafiq dəyşikliklər edilməsi nəzərdə tutulur", - deyə maliyyə naziri qeyd edib.Qeyd edək ki, Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasın gündəliyinə daxil edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
naxçıvan, büdcə, dotasiya
naxçıvan, büdcə, dotasiya
Dövlət büdcəsində Naxçıvan üçün ayrılan dotasiyanın məbləği artırılır
Nazir bildirib ki, muxtar respublikanın gəlirləri 132,3 milyon manat, xərcləri isə 614,7 milyon manat səviyyəsində olacaq.
BAKI, 5 dekabr — Sputnik. Dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının xərcləri üçün ayrılan dotasiyanın məbləği bir qədər artırılaraq 482,4 milyon manat təşkil edəcək.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasında deyib.
O bildirib ki, eyni zamanda, muxtar respublikanın gəlir və xərcləri ilkin dürüstləşməyə nisbətən müvafiq olaraq gəlirləri 132,3 milyon manat, xərcləri isə 614,7 milyon manat səviyyəsində olacaq.
"Bu dəyişikliklərlə 2023-cü ilin dövlət büdcəsinin qanun layihəsində gəlir və xərclər də müvafiq olaraq 53,2 milyon manat artırılacaq. Onu da qeyd etmək istərdim ki, kəsrdə hər hansı dəyişikliklər baş vermir. İcmal büdcəsinin gəlirləri və xərcləri də eyni səviyyədə təşkil edəcək. Bütövlükdə sadalananlarla bağlı qanun layihəsində bəzi maddələrə də müvafiq dəyşikliklər edilməsi nəzərdə tutulur", - deyə maliyyə naziri qeyd edib.
Qeyd edək ki, Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 5-də keçirilən iclasın gündəliyinə daxil edilib.