Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakıda Rusiya və Azərbaycan mədəniyyət xadimləri arasında dialoq başlayıb

© Photo : Русский дом в БакуBakıdakı "Rus evi"ndə tədbir, arxiv şəkli
Bakıdakı Rus evində tədbir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
İki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri "dəyirmi masa"larda və müxtəlif tədbirlərdə iştirak edəcəklər.
BAKI, 5 dekabr — Sputnik. Bakıdakı "Rus evi"ndə "Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq. 30 illik uğurlu əməkdaşlıq" adlı plenar iclas keçiriləcək.
Plenar iclasın gedişatında gələcək illər üçün mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq və Rusiya-Azərbaycan kinematoqrafiya sahəsində əməkdaşlığa dair "dəyirmi masa" təşkil ediləcək. Həmçinin, Rusiya Dövlət Mərkəzi Kino Muzeyinin sərgisinin açılışı da olacaq.
Dekabrın 6-da isə "Rus Evi"ndə kitabxana sahəsində əməkdaşlığının inkişafına yönəlmiş tədbir - Rusiya-Azərbaycan Kitabxana Forumu keçiriləcək.
Tədbir çərçivəsində "Kitabxana fondunun inkişafı və mühafizəsi""Kitabxanaların detallılığının rəqəmsal transformasiyası" mövzularında iki tematik "dəyirmi masa"nın keçirilməsi, o cümlədən, "Smolensk qalası" Dövlət muzeyinin sərgisinin təntənəli açılışı planlaşdırılır.
Xəbər lenti
0