Altıağacda qar örtüyünün hündürlüyü 7 sm-ə çatıb - FAKTİKİ HAVA
15:02 02.12.2022 (Yenilənib: 15:15 02.12.2022)
© Sputnik / Ibrahim HashimovŞimal-qərb bölgəsinə güclü qar yağıb
© Sputnik / Ibrahim Hashimov
Abunə olmaq
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb
BAKI, 2 dekabr — Sputnik. Qar örtüyünün hündürlüyü Altıağacda 7 sm, Qaxda 1 sm olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Düşən yağıntının miqdarı: Lerik, Şamaxı, Ağdam, Göygöl, Lənkəran, Göytəpə, Ağdərə (Ordubad), Şəmkir, Qəbələ, Şabran, Beyləqan, Cəfərxan, Astara, Qobustan, Yardımlı, Altıağac, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Tovuz, Oğuz, Zaqatala, Şəki, Qax, Ağsu, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabadda 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 10.0 mm, Maştağa, Binədə 8.0 mm, Bakıda 7.0 mm, Sumqayıtda 5.0 mm-dək olub.
Bu gün ölkə ərazisində səhər saatlarından başlayaraq yağıntılar kəsilib.