https://sputnik.az/20221201/lavrov-ermenistanin-qarabagdaki-ermenilerin-huquqlarindan-danismasi-bos-yere-deyil-449163715.html
Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Ermənistan və Fransa da təsdiq edib -Lavrov
Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Ermənistan və Fransa da təsdiq edib -Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib. 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T14:44+0400
2022-12-01T14:44+0400
2022-12-01T15:36+0400
sergey lavrov
rusiya
lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_0:182:2996:1867_1920x0_80_0_0_cfdcc0b457c8301b564d2f58dd46f723.jpg
BAKI, 1 dekabr — Sputnik. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib: Lavrovun sözlərinə görə, Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır. Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir.Qeyd edək ki, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya işgüzar səfərə gələcək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün danışıqlar aparacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.Xatırladaq ki, sonuncu dəfə oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilib.
https://sputnik.az/20221201/lavrov-qerb-atet-i-defn-etmeye-calisir-449162512.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/11/440249987_133:0:2864:2048_1920x0_80_0_0_2e8ac9a40476b0a9d27ab5c9bedf7d9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, lavrov, rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov, lavrov, rusiya xin rəhbəri sergey lavrov
Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Ermənistan və Fransa da təsdiq edib -Lavrov
14:44 01.12.2022 (Yenilənib: 15:36 01.12.2022) Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib.
BAKI, 1 dekabr — Sputnik. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib:
"Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı ermənilərə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır".
Lavrovun sözlərinə görə, Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.
Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir.
Qeyd edək ki, dekabrın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyaya işgüzar səfərə gələcək Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə etmək üçün danışıqlar aparacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xatırladaq ki, sonuncu dəfə oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilib.