https://sputnik.az/20221130/putin-ve-mirziyoyev-coxplanli-emekdasligin-genislendirilmesini-muzakire-edibler-449131598.html
Putin və Mirziyoyev çoxplanlı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Putin və Mirziyoyev çoxplanlı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Sputnik Azərbaycan
Mətbuat xidməti qeyd edib ki, iki ölkənin liderləri müxtəlif səviyyələrdə fəal əlaqələrin davam etdiyini və sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi... 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T15:01+0400
2022-11-30T15:01+0400
2022-11-30T15:50+0400
rusiya prezidenti vladimir putin
rusiya
özbəkistan
şavkat mirziyoyev
https://cdnn1.img.sputnik.az/img/07e6/08/16/445255635_0:0:3119:1754_1920x0_80_0_0_24f8aa869bf69fd568eb7a29f4d3017d.jpg
BAKI, 30 noyabr — Sputnik. Özbəkistan və Rusiya prezidentləri Şavkat Mirziyoyev və Vladimir Putin çərşənbə günü baş tutan telefon danışığında çoxplanlı əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblərBu barədə Özbəkistan liderinin mətbuat xidməti xəbər verir."Söhbət zamanı çoxplanlı əməkdaşlığın daha da genişləndirilməsi və Özbəkistan ilə Rusiyanın hərtərəfli strateji tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub", - məlumatda bildirilir.Mətbuat xidməti əlavə edib ki, iki ölkənin liderləri müxtəlif səviyyələrdə fəal əlaqələrin davam etdiyini və sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi üzrə birgə səmərəli işin artdığını qeyd ediblər.Məlumata görə, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb. Dekabrın 1-2-də Səmərqənddə iki dövlətin hökumət başçıları səviyyəsində birgə komissiyanın görüşü keçiriləcək və iclasda iqtisadiyyatın prioritet sahələrində cari və gələcək kooperasiya layihələri nəzərdən keçiriləcək."Bundan əlavə, çoxtərəfli formatda, o cümlədən Mərkəzi Asiya regionunda praktiki əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Liderlər həmçinin qarşıdan gələn tədbirlərin cədvəlini də nəzərdən keçiriblər", - mətbuat xidmətindən bildiriblər.Qeyd olunur ki, Özbəkistan və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı "ənənəvi olaraq açıq, etibarlı və dostluq şəraitində keçib".Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib ki, Rusiya prezidenti daha əvvəl başa çatan danışıqlarda Özbəkistanın iştirakı ilə "üçlü ittifaq" yaradılmasının zəruriliyindən danışıb.Tokayev əlavə edib ki, Rusiya prezidenti də Mirziyoyevə zəng etmək niyyətində idi. Çərşənbə axşamı Tokayevin mətbuat katibi Ruslan Jeldibay bildirib ki, söhbət Rusiya, Qazaxıstan və Özbəkistanın Rusiya qazının nəqli zamanı hərəkətlərin əlaqələndirilməsi üçün "üçlü qaz ittifaqı"nın yaradılmasından gedir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/16/445255635_0:0:2729:2047_1920x0_80_0_0_6936f4f58b3d9edd9f303faca2908f8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, özbəkistan, şavkat mirziyoyev
rusiya prezidenti vladimir putin, özbəkistan, şavkat mirziyoyev
Putin və Mirziyoyev çoxplanlı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
15:01 30.11.2022 (Yenilənib: 15:50 30.11.2022) Mətbuat xidməti qeyd edib ki, iki ölkənin liderləri müxtəlif səviyyələrdə fəal əlaqələrin davam etdiyini və sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi üzrə birgə səmərəli işin artdığını qeyd ediblər.
BAKI, 30 noyabr — Sputnik. Özbəkistan və Rusiya prezidentləri Şavkat Mirziyoyev və Vladimir Putin çərşənbə günü baş tutan telefon danışığında çoxplanlı əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər
Bu barədə Özbəkistan liderinin mətbuat xidməti xəbər verir.
"Söhbət zamanı çoxplanlı əməkdaşlığın daha da genişləndirilməsi və Özbəkistan ilə Rusiyanın hərtərəfli strateji tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub", - məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, iki ölkənin liderləri müxtəlif səviyyələrdə fəal əlaqələrin davam etdiyini və sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi üzrə birgə səmərəli işin artdığını qeyd ediblər.
Məlumata görə, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb. Dekabrın 1-2-də Səmərqənddə iki dövlətin hökumət başçıları səviyyəsində birgə komissiyanın görüşü keçiriləcək və iclasda iqtisadiyyatın prioritet sahələrində cari və gələcək kooperasiya layihələri nəzərdən keçiriləcək.
"Bundan əlavə, çoxtərəfli formatda, o cümlədən Mərkəzi Asiya regionunda praktiki əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Liderlər həmçinin qarşıdan gələn tədbirlərin cədvəlini də nəzərdən keçiriblər", - mətbuat xidmətindən bildiriblər.
Qeyd olunur ki, Özbəkistan və Rusiya prezidentləri arasında baş tutan telefon danışığı "ənənəvi olaraq açıq, etibarlı və dostluq şəraitində keçib".
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşündə bildirib ki, Rusiya prezidenti daha əvvəl başa çatan danışıqlarda Özbəkistanın iştirakı ilə "üçlü ittifaq" yaradılmasının zəruriliyindən danışıb.
Tokayev əlavə edib ki, Rusiya prezidenti də Mirziyoyevə zəng etmək niyyətində idi. Çərşənbə axşamı Tokayevin mətbuat katibi Ruslan Jeldibay bildirib ki, söhbət Rusiya, Qazaxıstan və Özbəkistanın Rusiya qazının nəqli zamanı hərəkətlərin əlaqələndirilməsi üçün "üçlü qaz ittifaqı"nın yaradılmasından gedir.