https://sputnik.az/20221130/azerbaycana-qanunsuz-yolla-getirilen-kulli-miqdarda-siqaret-askarlanib---foto-449130351.html
Azərbaycana qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlanıb - FOTO
Azərbaycana qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlanıb - FOTO
Sputnik Azərbaycan
Bundan öncə Azərbaycan gömrükçüləri portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqareti aşkar edib. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T16:21+0400
2022-11-30T16:21+0400
2022-11-30T16:21+0400
siqaret
cəmiyyət
azərbaycan
qanunsuz
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449130063_0:63:1200:738_1920x0_80_0_0_9221d98650f3bcd204a8fd7d10637a17.jpg
BAKI, 30 noyabr — Sputnik. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycanın aksiz markası ilə markalanmamış 64 adda 59.348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, bundan öncə Azərbaycan gömrükçüləri portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqareti aşkar edib.Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs "Suma-94" MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib.Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycana məxsus aksiz markası ilə markalanmamış 23 846 qutu "Kent", 7 980 qutu "Marlboro", 500 qutu "Parliament", 15 000 qutu "Milano" və 90 qutu "Senator" markalı olmaqla, ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb.Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.Qeyd edək ki, külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, aksiz markası ilə markalanmadan, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir və son nəticədə dövlətin iqtisadi təhlükəsizliyinə, istehlakçıların sağlamlığına, bu sahədə qanuni fəaliyyət göstərən şəxslərin, habelə dövlət büdcəsindən bəhrələnən əhalinin bütün təbəqələrinin mənafeyinə ziyan vurur. Bu cür hərəkətlərin qarşısının alınması məqsədilə DGK tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449130063_67:0:1134:800_1920x0_80_0_0_d4810040a8487ff9bee67fbee5f8a2c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siqaret, azərbaycan, qanunsuz
siqaret, azərbaycan, qanunsuz
Azərbaycana qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlanıb - FOTO
Bundan öncə Azərbaycan gömrükçüləri portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqareti aşkar edib.
BAKI, 30 noyabr — Sputnik. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Elantra" markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycanın aksiz markası ilə markalanmamış 64 adda 59.348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bundan öncə Azərbaycan gömrükçüləri portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədilmiş külli miqdarda siqareti aşkar edib.
Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs "Suma-94" MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib.
Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycana məxsus aksiz markası ilə markalanmamış 23 846 qutu "Kent", 7 980 qutu "Marlboro", 500 qutu "Parliament", 15 000 qutu "Milano" və 90 qutu "Senator" markalı olmaqla, ümumilikdə 948 320 ədəd siqaret aşkar edilərək götürülüb.
Bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Qeyd edək ki, külli miqdarda gömrük ödənişlərinin və vergilərin dövlət büdcəsinə ödənilməsindən, aksiz markası ilə markalanmadan, mənşə, keyfiyyət üzrə və digər qanuni tələblərdən yayınmağa hesablanmış bu cür hərəkətlər yolverilməzdir və son nəticədə dövlətin iqtisadi təhlükəsizliyinə, istehlakçıların sağlamlığına, bu sahədə qanuni fəaliyyət göstərən şəxslərin, habelə dövlət büdcəsindən bəhrələnən əhalinin bütün təbəqələrinin mənafeyinə ziyan vurur. Bu cür hərəkətlərin qarşısının alınması məqsədilə DGK tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.