CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirilib

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Vəkil bildirib ki, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.
BAKI, 29 noyabr — Sputnik. Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib, müalicə müəssisəsinə yerləşdirilib.
Bu barədə "Report"a onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.
O bildirib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.
R.Mirmehdizadə deyib ki, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
N.Məmmədov 80 milyon manat mənimsəməkdə təqsirləndirilir.
Xəbər lenti
0