DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

© AFP 2024 / ATTA KENARETehran şəhərinə mənzərə, arxiv şəkli
Tehran şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
İclasın nəticəsi olaraq İranda etirazçılara qarşı ən azı 300 nəfərin ölümü ilə nəticələnən zorakılıqlarla bağlı faktaraşdırıcı komissiya yaradılıb.
BAKI, 28 noyabr — Sputnik. İranda baş verən etirazlarla bağlı rəsmi Berlinin təşəbbüsü ilə BMT İnsan Haqları Şurasının (UNHRC) iclasının keçirilməsi ilə əlaqədar Almaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
İclasın nəticəsi olaraq İranda etirazçılara qarşı ən azı 300 nəfərin ölümü ilə nəticələnən zorakılıqlarla bağlı faktaraşdırıcı komissiya yaradılıb.
Xatırladaq ki, daha əvvəl BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı İranda etiraz aksiyaları zamanı insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılması haqqında qətnamə qəbul edilib.
Belə ki, 47 iştirakçı dövlətdən 25-i sənədin lehinə səs verib, 16 dövlət isə bitərəf qalıb.
Missiyanın vəzifəsi İranda 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı insan haqlarının pozulması faktları ilə bağlı müstəqil araşdırma aparmaqdır.
Xəbər lenti
0